Sudan qanunsuz istifadə halları aşkarlandı - VİDEO

Sudan qanunsuz istifadə halları aşkarlandı - VİDEO

Dövlət Su Ehtiyatları Agentliyi içməli sudan qanunsuz istifadənin aşkarlanması, su itkilərinin minimuma endirilməsi və israfçılığın qarşısının alınması məqsədilə nəzarət tədbirlərini davam etdirir.

 

Sfera.az xəbər verir ki, Binəqədi rayonu Svetlana Məmmədova küçəsində fəaliyyət göstərən kafedə içməli sudan qeyri-qanuni istifadə halı aşkarlanıb. Obyekt sahibi şəbəkəyə qoşularaq içməli su və kanalizasiya xidmətlərindən qanunsuz istifadə edib. Həmin küçədə yerləşən dönər satışı obyektində də içməli sudan qanunsuz istifadə aşkar olunub. Sahibkar texniki şərt almadan və müqavilə bağlamadan özbaşına çəkilmiş xətt vasitəsilə obyekti içməli su ilə təmin edib. Sumqayıt şossesi, döngə 1 ünvanında yerləşən kafe, ət kəsimi və meyvə-tərəvəz satışı obyektlərində qeyri-qanuni çəkilmiş su xəttindən istifadənin qarşısı alınıb. Binəqədi qəsəbəsi DSK yolu 1-ci mədən ərazisində fəaliyyət göstərən qum bazarında suyun talanması aşkar edilib. Həmin əraziyə yaxınlıqdan keçən su kəmərindən xətt çəkilərək sudan qanunsuz istifadə olunub. Nəzarət tədbirləri zamanı aşkar edilən bütün qeyri-qanuni xətt və birləşmələr kəsilərək ləğv edilib.

 

Dövlət Su Ehtiyatları Agentliyi vətəndaşların diqqətinə çatdırır ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

 

Qeyd edək ki, 2023-cü ildə içməli sudan qeyri-qanuni istifadə ilə bağlı 15533, Binəqədi rayonunda isə 3071 fakt aşkarlanaraq qarşısı alınıb. 100-dən artıq fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.

 

 




OXŞAR XƏBƏRLƏR

ABŞ və Çin 90 günlük razılığa gəldi

ABŞ və Çin 90 gün müddətinə ticarət rüsumlarını qarşılıqlı azaltmaq barədə razılığa gəliblər.   Sfera.az xəbər verir ki, ABŞ Maliyyə Naziri Scott Bes...

Gəncədə yaşayış binasında PARTLAYIŞ: Ölən və xəsarət alan var

Gəncədə yaşayış binasında partlayış olub.   Sfera.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.   Belə ki, sözügedən ərazi...

İyunda bu tarixlərdə iş olmayacaq - TƏQVİM

İyun ayının qeyri-iş günləri açıqlanıb.   Sfera.az xəbər verir ki, 6-7 iyun Qurban bayramı, 15 iyun Milli Qurtuluş Günü, 26 iyun isə Azərbaycan Respu...

PKK ləğv oldu - Türkiyədə terror sonlanacaqmı?

Kürdüstan Fəhlə Partiyası (PKK) fəaliyyətini dayandırmaq qərarına gəldiyini açıqlayıb.   Sfera.az xəbər verir ki, PKK Konqresinin 12-ci Qurultayında ...

AZAL təyyarəsinin qəzasının səbəbi... - Qazaxıstan

AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı ibtidai istintaqın məlumatları açıqlanmır.   Sfera.az xəbər verir ki, bu b...

"Qızlar oxusun, güclü olsunlar" - Malyar qadının hekayəsi...

Cəmiyyətimizdə qadınlar müxtəlif sahələrdə çalışaraq həm ailələrini dolandırır, həm də həyatın çətinliklərinə sinə gərirlər. Bəzən kişilərin belə çətinlik çəkdi...