Əhalinin DİQQƏTİNƏ! Qaz sayğacları BU HALLARDA əlavə pul yazır

Əhalinin DİQQƏTİNƏ! Qaz sayğacları BU HALLARDA əlavə pul yazır

Havaların soyuması, soyuq qış ayları evləri isitmək problemini gündəmə gətirir. Paytaxtda, eləcə də bölgələrdə əhalinin çoxu evini qaz sobaları ilə qızdırır. Lakin qaz sobalarının istifadəsindən sonra müxtəlif problemlər meydana çıxır, hətta insanlar ölüm təhlükəsi ilə üz-üzə qalırlar. İnsanlar çox zaman ucuz olduğu üçün qeyri-standart sobalardan istifadəyə üstünlük verir.

 

Bəs bu sobaların nə kimi mənfi cəhətləri var?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirib ki, qaz cihazları quraşdırılan zaman, onların keyfiyyət sertifikatlarının olmasına xüsusi diqqət yetirmək lazımdır.

 

“Bu sertifikatları sobaların satıldığı yerlərdən almaq mümkündür. Vətəndaş istənilən avadanlığı alarkən onun pasportunun olub-olmamasına xüsusi diqqət yetirməlidir. Vətəndaşın sertifikatlı soba alması təhlükəsizliyin tam təminatı demək deyil. Sobaları aldıqdan sonra, onun quraşdırılacağı məkanla uyğunluğu yoxlanılmalıdır. Tüstü bacalarının mövcudluğu təhlükəsizliyin təminatı hesab olunur”.

 

Ekspert bildirib ki, hələ də kustar üsulla quraşdırılmış tüstü bacalarına rast gəlmək olur.

 

“Tüstü bacası olmayan evlərdə qaz sobaları quraşdırılmamalıdır. Bu bacalar divarın içərisindən çıxarılmalı və damdan 10 metr hündürlükdə olmalıdır. Normal tüstü bacasının olmaması, pəncərələrdən kustar üsulla çıxarılan tüstü bacaları dəm qazına səbəb olur. Qaz sobaları qaz sərfiyyatını da artırır. Saatlıq qaz sərfiyyatının miqdarı pasportun göstəricilərinə uyğun olur. Lakin pasportu olmayan qaz sobalarında bu göstərici gözlənilmir. Bu isə maliyyə itkisinə və qaz sərfiyyatına səbəb olur”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Çox məntiqli bir səbəbi var: Bir çox tualetdə niyə iki ayrı yuyucu düymə var?

Tualetlərdə qarşılaşdığımız ikiqat su sistemi düşündüyümüzdən çox daha əhəmiyyətli bir səbəbə əsaslanır. Fərqində olmadan hər gün istifadə etdiyimiz bu dizaynın...

Bill Qeyts ən böyük səhvini açıqlayıb

Microsoft-un həmtəsisçisi Bill Qeyts şirkətin mobil əməliyyat sistemləri bazarındakı uğursuzluğunu özünün "ən böyük səhvi" adlandırıb və bu, korporasi...

Həyat tərzi ilə görənləri heyrətə gətirən "lal" tayfa: Pirahalar

Amazon meşələrində yaşayan Piraha tayfası dili, mədəniyyəti və qohumluq əlaqələri ilə dünyada nadir bir icmadır. Mücərrəd məfhumları ehtiva etməyən dilləri, sır...

Türkiyədə 15 gündə 34 nəfər saxta spirtli içkidən öldü- Həbs olunanlar var

Türkiyənin İstanbul şəhərində yanvarın 1-dən bu yana saxta spirtli içkilərdən istifadə nəticəsində 34 nəfər həyatını itirib.   Sfera.az xəbər verir k...

Meta 2025-ci ildə təxminən 3600 işçini ixtisar edəcək

Meta qarşıdan gələn il işçilərin 5% ixtisarını təsdiqləyib ki, bu da təxminən 3600 işçi təşkil edəcək. Sfera.az xəbər verir ki, bu barədə "CBS News"...

Bayden Qəzzadakı atəşkəslə bağlı bəyanat yaydı

ABŞ Prezidenti Co Bayden İsrail hakimiyyəti ilə HƏMAS arasında atəşkəs və girovların azad olunmasına dair razılaşma ilə bağlı bəyanat yayıb.   Bəyana...