Aldadılan istifadəçilər, yuyulan “çirkli pullar”: Fenomenlərə NƏZARƏT EDİLƏCƏK?

Aldadılan istifadəçilər, yuyulan “çirkli pullar”: Fenomenlərə NƏZARƏT EDİLƏCƏK?

Türkiyə Ticarət Nazirliyi sosial media fenomenlərinə nəzarət etmək və istifadəçilərin inamını artırmaq üçün mühüm addım atmağa hazırlaşır. Belə ki, qurum fenomenlər üçün işçi qrupları yaradacaq və “İnfluencer Sertifikat Proqramı” layihəsi həyata keçirəcək. Məlumata görə, bundan sonra dövlətdən sertifikat ala bilməyən blogerlər və məşhurlar influser ola bilməyəcək. Onlar reklam etdiklərini bəyan edəcək və izləyicilərini aldada bilməyəcəklər. 

 

Azərbaycanda da fenomenlərlə bağlı hüquqi tədbirlərin görülməsinə ehtiyac varmı? 

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən deputat Azər Badamov bildirib ki, Azərbaycanda fenomenlərin sertifikatlaşdırılmasına hələ ki, ehtiyac yoxdur:

 

“Media haqqında qəbul olunmuş qanun həm dövrü, həm də sosial medianın fəaliyyətini qanun çərçivəsinə salıb. Burada media ilə bağlı bütün münasibətlər tənzimlənir. Amma cəmiyyət inkişaf etdikcə tələblər də dəyişir.. Ola bilsin ki,  gələcəkdə influserlərin sertifikatlaşdırılması məsələsi də aktuallaşsın. Bütün məsələlərin zamanın tələbinə uyğun tənzimlənməli olduğunu düşünürəm”.

 

Sosioloq Lalə Mehralı isə saytımıza açıqlamasında fenomenlərlə bağlı qanunun tətbiqi ilə razılaşdığını deyib:

 

“Məncə, doğru qərar olar, çünki fenomenlər reklam xatirinə hər şey edirlər. Keyfiyyətsiz məhsulu da reklam edirlər, orqanizmə zərərli qida əlavələrini də, təhlükəli kosmetik vasitələri də…Amma o sertifikat hansı əsaslarla veriləcək, nəyə xidmət edəcək, hansı meyarlara görə veriləcək - bunlar sual altındadır. Ümumilikdə məsuliyyət hissini artıracaqsa, istehlakçıya təminat verəcəksə niyə də olmasın? Yoxsa bəzi influserlərin “qırdı-qaçdı” üsulu ilə hələ çox istehlakçı aldadılacaq”.

 

Müsahibimiz vurğulayıb ki, bu cür qaydaların tətbiqi ilə həm də fenomenlərin küllü miqdarda olan qazancının mənbəyi aşkarlanar: “Beləcə, həm dövlətdən vergi qaçıra bilməyəcəklər, həm də reklam etdikləri məhsulun məsuliyyətini dərk edəcəklər”.

 

Firuzə Əliyeva 
 


OXŞAR XƏBƏRLƏR

Çox məntiqli bir səbəbi var: Bir çox tualetdə niyə iki ayrı yuyucu düymə var?

Tualetlərdə qarşılaşdığımız ikiqat su sistemi düşündüyümüzdən çox daha əhəmiyyətli bir səbəbə əsaslanır. Fərqində olmadan hər gün istifadə etdiyimiz bu dizaynın...

Bill Qeyts ən böyük səhvini açıqlayıb

Microsoft-un həmtəsisçisi Bill Qeyts şirkətin mobil əməliyyat sistemləri bazarındakı uğursuzluğunu özünün "ən böyük səhvi" adlandırıb və bu, korporasi...

Həyat tərzi ilə görənləri heyrətə gətirən "lal" tayfa: Pirahalar

Amazon meşələrində yaşayan Piraha tayfası dili, mədəniyyəti və qohumluq əlaqələri ilə dünyada nadir bir icmadır. Mücərrəd məfhumları ehtiva etməyən dilləri, sır...

Türkiyədə 15 gündə 34 nəfər saxta spirtli içkidən öldü- Həbs olunanlar var

Türkiyənin İstanbul şəhərində yanvarın 1-dən bu yana saxta spirtli içkilərdən istifadə nəticəsində 34 nəfər həyatını itirib.   Sfera.az xəbər verir k...

Meta 2025-ci ildə təxminən 3600 işçini ixtisar edəcək

Meta qarşıdan gələn il işçilərin 5% ixtisarını təsdiqləyib ki, bu da təxminən 3600 işçi təşkil edəcək. Sfera.az xəbər verir ki, bu barədə "CBS News"...

Bayden Qəzzadakı atəşkəslə bağlı bəyanat yaydı

ABŞ Prezidenti Co Bayden İsrail hakimiyyəti ilə HƏMAS arasında atəşkəs və girovların azad olunmasına dair razılaşma ilə bağlı bəyanat yayıb.   Bəyana...