Ağstafa-Bakı sürətli sərnişin qatarının hərəkəti bərpa olundu

Cəmiyyət
22:44 / 29.01.2024
4187
Ağstafa-Bakı sürətli sərnişin qatarının hərəkəti bərpa olunub.
Sfera.az xəbər verir ki, qatar Goran stansiyasında elektrik enerjisinin verilməsində yaranmış fasiləyə görə 30 dəqiqə yolda dayanmalı olub.
Məsələ ilə bağlı açılama verən “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sənubər Nəzərova bildirib ki, hazırda qatar Bakı istiqamətində hərəkətini davam etdirir.