Müharibə veteranları universitetə imtahansız qəbul olacaq? – AÇIQLAMA

Müharibə veteranları universitetə imtahansız qəbul olacaq? – AÇIQLAMA

Sosial şəbəkələrdə müharibə veteranlarının universitetlərə imtahansız qəbul olunması ilə bağlı mövzu gündəmə gəlib. Müzakirələrə səbəb ötən ilin sentyabrın 1-dən bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan müharibə veteranlarının təhsil haqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsidir.

 

Müharibə veteranları imtahan vermədən universitetlərə qəbul ola bilərmi?

 

Dövlət İmtahan Mərkəzindən Sfera.az-a verilən məlumata görə, müsabiqə qaydalarında istisnalar yoxdur.

 

“Ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarlarına əsasən, hər bir abituriyent ali və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olmaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında ümumi qaydada iştirak edərək müsabiqədə müvəffəqiyyət qazanmalıdır. Müsabiqə abituriyentin topladığı bal əsasında aparılır və bu zaman hər hansı digər amil nəzərə alınmır”, deyə qurumun məlumatında bildirilib.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Çox məntiqli bir səbəbi var: Bir çox tualetdə niyə iki ayrı yuyucu düymə var?

Tualetlərdə qarşılaşdığımız ikiqat su sistemi düşündüyümüzdən çox daha əhəmiyyətli bir səbəbə əsaslanır. Fərqində olmadan hər gün istifadə etdiyimiz bu dizaynın...

Bill Qeyts ən böyük səhvini açıqlayıb

Microsoft-un həmtəsisçisi Bill Qeyts şirkətin mobil əməliyyat sistemləri bazarındakı uğursuzluğunu özünün "ən böyük səhvi" adlandırıb və bu, korporasi...

Həyat tərzi ilə görənləri heyrətə gətirən "lal" tayfa: Pirahalar

Amazon meşələrində yaşayan Piraha tayfası dili, mədəniyyəti və qohumluq əlaqələri ilə dünyada nadir bir icmadır. Mücərrəd məfhumları ehtiva etməyən dilləri, sır...

Türkiyədə 15 gündə 34 nəfər saxta spirtli içkidən öldü- Həbs olunanlar var

Türkiyənin İstanbul şəhərində yanvarın 1-dən bu yana saxta spirtli içkilərdən istifadə nəticəsində 34 nəfər həyatını itirib.   Sfera.az xəbər verir k...

Meta 2025-ci ildə təxminən 3600 işçini ixtisar edəcək

Meta qarşıdan gələn il işçilərin 5% ixtisarını təsdiqləyib ki, bu da təxminən 3600 işçi təşkil edəcək. Sfera.az xəbər verir ki, bu barədə "CBS News"...

Bayden Qəzzadakı atəşkəslə bağlı bəyanat yaydı

ABŞ Prezidenti Co Bayden İsrail hakimiyyəti ilə HƏMAS arasında atəşkəs və girovların azad olunmasına dair razılaşma ilə bağlı bəyanat yayıb.   Bəyana...