Bu qanunvericiliyi pozanlar 2 milyon manatdan çox CƏRİMƏLƏNİB
2024-cü ilin əvvəlinə olan məlumata əsasən, Azərbaycan ərazisinin (86,6 min kvadrat kilometr) 10,3 faizi, yəni 8,92 min kvadrat kilometri xüsusi mühafizə olunur.
Sfera.az xəbər verir ki, həmin ərazilərin mühafizəsi üçün ölkəmizdə ümumi sahəsi 120,7 min hektar olan 10 dövlət təbiət qoruğu, sahəsi 421,4 min hektar olan 10 milli park və sahəsi 350,8 min hektar olan 24 dövlət təbiət yasaqlığı mövcuddur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xüsusi mühafizə olunan ərazilərlə bağlı 2023-cü ildə 1797 müəssisədə müayinələr aparılıb. Bu müayinələr nəticəsində su hövzələrinin çirkləndirilməsi üzrə tədqiq olunan müəssisələrin 54 faizində, atmosfer havasının çirkləndirilməsi üzrə tədqiq olunan müəssisələrin 49,5 faizində, torpaq ehtiyatlarının çirkləndirilməsi üzrə isə müayinəyə cəlb olunan müəssisələrin 15,8 faizində atılan tullantıların icazə verilən həddən artıq olması qeydə alınıb.
Təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə, ötən il inzibati məsuliyyətə cəlb olunmuş 1800 nəfər vəzifəli şəxs və vətəndaşlardan 2,473 milyon manat məbləğində cərimə tutulub.
Vasif