Tatunun insan orqanizminə ziyanları AÇIQLANDI: \"İlk başda yox, sonradan...\"
Ölkədə tatu etdirən insanların sayı günü-gündən çoxalır. Bədənin müəyyən nahiyələrinə sevgilisinin adını, heyvanların cisimlərini və müəyyən fiqurlar etdirənlər az deyil. Bəzən, insanlar tatunun aludəçisinə çevrilirlər. Lakin insan bədənini bəzəyən bu tatular təhlükə saça bilir.
Bəs tatunun insan orqanizminə hansı ziyanları var?
Mövzu ilə bağlı Sfera.az-a danışan dermatoloq Xəyalə İsmayılzadə bildirib ki, tatu zövq məsələsidir.
“Tatuya maraq göstərənlər, əsasən, gənclərdir. Onlar tatuları görünən nahiyələrə edirlər. Bəzən, müvəqqəti tatu etdirənlər də var”.
Dermatoloq bildirib ki, düzgün vurulmayan tatular insanlar üçün təhlükəlidir.
“Tatular “Hepatit”, “Qiçs”, “Sfilis” kimi xəstəlikləri yarada bilir. Məhz bu baxımdan həmin cihazlar yüksək səviyyədə təmizlənməlidir. Tatular, əsasən, ilk başda yox, sonradan problem yarada bilir. Ona görə də, bunu etdirməzdən əvvəl, həkimlə məsləhətləşmək lazımdır”.
Ülkər Abdurahmanlı