Döşləri böyüyən kişilərdə hormonal pozğunluq olur – Həkim müalicə üsulunu AÇIQLADI

Döşləri böyüyən kişilərdə hormonal pozğunluq olur – Həkim müalicə üsulunu AÇIQLADI

Son dövrlərdə kişilərin döşlərinin böyüməsi, səsinin qadın səsi kimi çıxması böyük problemlərdən birinə çevrilib.

 

Bəs bu problemin səbəbi nədir?

 

Mövzu ilə bağklı Sfera.az-a danışan həkim-onkoloq Könül Mərdanova bildirib ki, bu hal, həm gənc, həm də yaşlı kişilərdə müşahidə edilir.

 

“Buna “ginekomastiya” deyilir. Bu hal artıq çəki və döş xərçəngi səbəbindən ola bilər. Ginekomastiyanın iki növü var. Həqiqi və yalançı ginekomastiya. Yalançı ginekomastiya artıq çəki hesabına baş verir və döş vəzləri piylənir. Həqiqi ginekomastiya isə hormonol pozğunluqlar ilə əlaqədardır. Psixotrop dərmanların qəbulu da ginekomastiyanın yaranmasına səbəb olur. Döşlərində böyümə hiss olunan gəncləri medikamentoz üsulla (dərmanla) müalicə etmək olur”.

 

Həkim diqqətə çatdırıb ki, kişilərin bir çoxu bu problemdən utanır və həkimə müraciət etməyə çəkinir.

 

“Kişilər, əsasən, əzələlərini şişirtmək üçün hormonal tərkibli dərmanlar qəbul edirlər. Bu preparatların döş xərçəngi yaratmaq riski çox yüksəkdir. Normal cinsi həyatı olmayan kişilərdə də hormonal pozğunluq yaranır. Bu da özlüyündə döş xərçənginin yaranmasına səbəb olur”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Prezident Berdiməhəmmədovun səfəri ilə bağlı PAYLAŞIM ETDİ -VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfəri ilə bağlı payl...

Şıxlinski mənim xahişimlə saxlanıldı, Nisanovun bazarı... - Mironov

Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinski saxlanılıb. İyunun sonunda bu başdanxarab gənc qaçmaq istəyərkən, xüsusi təyinatlının üzərinə maşın sür...

Şeyx Səudiyyə səfiri ilə görüşdü

İyulun 17-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səla...

Əli Həsənovla Səttar Möhbalıyevin qudalığı sonlandı

Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovla Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçmiş sədri, deputat Səttar Möhbalıyevin...

Leyla Əliyeva yenilənən növbəti həyətin AÇILIŞINDA -FOTO

İyulun 17-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Bakı şəhəri, Suraxanı rayonu, Y...

Bakının bu əraziləri yenidən qurulacaq

"Papanin", “Kubinka” və digər ərazilərdə yenidənqurma işləri görüləcək.   Sfera.az xəbər verir ki, bu barədə memar Cahid Həsəno...