Sofi Fayro: “Sevgi yalandır” — FOTOLAR

Sofi Fayro: “Sevgi yalandır” — FOTOLAR

Ötən gün tanınmış müğənni Sofi Fayronun yeni klipinin təqdimat mərasimi keçirilib.

 

Sfera.az xəbər verir ki, “Purple Karaoke Live Bar”da keçirilən tədbirin aparıcısı aparıcısı, gənc musiqiçi Mikayıl Rafiyev  yeni yaradıcı işlə bağlı məlumat verib. O, bildirib ki, sözləri Sofii Fayroya, musiqisi Fərid Mailova məxsus olan mahnı “Sevgi yalandır” adlanır. Aparıcı mahnıya çəkilən klipin ssenari müəllifinin Sofi Fayro olduğunu da vurğulayıb.

 

Daha sonra giriş sözü tanınmış jurnalist Fuad Mədətova verilib. O, çıxışı zamanı qeyd edib ki, insanlar arasında sevgi hisslərinin yaşanması sənətçilərin yaradıcılığına da təsir edir:

 

“Mədəniyyət və incəsənət nümayəndələrinin, xüsusilə, yaradıcılıq işləriylə məşğul olan insanların ən böyük uğuru sevgidir. Həmin insanlar hər zaman da sevgini yaşatmağa çalışıblar. Sofi də həmin insanlardandır ki, yaradıcılığında sevgiyə, gözəlliyə, humanistliyə xüsusi yer ayırıb. Bu da onun ifasında və simasında çox gözəl görünür. Çünki Sofi musiqi sənətində təsadüfi deyil, o, həyatını musiqiyə həsr edən peşəkar ifaçılardandır. Bu səbəbdən də adı “Sevgi yalan”dır olan bu yeni layihə əslində insanlara sevib və sevilmək mesajını verir”.

 

Bundan sonra hər iki şəxsin təqdimatında MDB-nin tanınmış siması, azərbaycanlı müğənni və “Jara 2021” Beynəlxalq Musiqi Festivalının iştirakçısı, müğənni Sofi Fayro səhnəyə dəvət olunub. Müğənni çıxışı zamanı yeni işinin təəssüratlarından danışıb:

 

“Zaman keçdikcə insanların saf və sədaqətli sevgiyə inamı azalıb. Bunun üçün təəssüf edirəm. Tez-tez bu sözləri eşidirəm: sevgi yoxdur. İnsanlar bir başqa şeyləri prioritet tuturlar. Sınıq qəlblər psixoloqlarla və zamanla bərpa olunmayan yeni hir münasibətə düşürlər və nəticədə uğursuz bağlılıq yaranır. Bu mahnı mənim bu təəssüratlarımdan yaranıb. Bütün işlərdə mənə dəsətək olan hamıya təşəkkür edirəm!”.

 

Həmçinin layihənin müəllifi və prodüseri Sofi Fayrodur. Ümumiyyətlə, “Sevgi yalandır” mahnısının aranjeman müəllifi, miks-masteri Fərid Mailovdur. Mahnıya çəkilən klipin rejissoru Elçin Şükürov, operatoru Turan Cəfərov, o cümlədən klipdə rol alan artistlər Ceyhun Cəfərov, Yelena Jestkova və Anjelika Draneviçdir. Klipdə müğənninin və artistlərin saç üslubunun və “make up” müəllifi Aygün İsmayılovadır.

 

Layihə “SANSARA MUSİC” şirkətinin istehsalıdıır.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...

Kür çayı məcrasından çıxdı: sakinlər çətin vəziyyətə düşdülər -VİDEO

Son günlər yağan aramsız yağışlar nəticəsində Kür çayının Sabirabad rayonundan keçən hissəsində suyun səviyyəsində ciddi artım müşahidə olunub.   Sfe...

Həmyerlimiz ABŞ-də yüksək vəzifə aldı - FOTOLAR

Həmyerlimiz ABŞ-də yüksək vəzifəyə təyin olunub.    Sfera.az məlumatına görə, Lerik rayonunun Gendov kəndindən olan Zaur Cəlilov Telman oğl...

Xalqımızın böyüklüyü məhz bundadır - İlham Əliyev

Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. &...

Elnarə buna görə toylara getmir

“Dənizdə damla olmağı sevməmişəm. Heç kimin etmədiyini etmişəm. Fərqlənməyi sevirəm”.   Sfera.az xəbır verir ki, bu sözləri müğənni Elnar...