"Mədəniyyət Könüllüləri" yeni layihə TƏQDİM ETDİ

"Mədəniyyət Könüllüləri" İctimai Birliyi yeni layihə təqdim edib.

 

Sfera.az bildirir ki, “Yeriyən Düşüncə” Youth Fashion Festivalı keçiriləcək. Burada iştirak etmək istəyən gənclər üçün şərtlər də açıqlanıb. Belə ki, qatılmaq üçün son qeydiyyat tarixinə kimi gənclər özlərinə aid olan hazır geyim modelini və ya eskizini birliyə yollayır və bununla da artıq seçim mərhələsində iştirak etmiş olur. Seçim mərhələsindən sonra seçilən eskizlər və geyimlər festivalda iştirak etmə haqqı qazanacaq.

 

Həmçinin, seçilən eskizlər geyim formasında festival günündən 1 həftə öncə təhvil verilməlidir.

 

Sözügedən layihədə yaş həddi 16-30-dır. Son qeydiyyat tarixi isə 20 fevraldır. Qeydiyyat üçün qeyd olunan nömrələrlə əlaqə yaratmaq lazımdır:

 

(+994) 50-717-57-55

(+994) 55-717-57-55

(+994) 99-785-59-55


OXŞAR XƏBƏRLƏR