Şagirdləri üçün hər gün 20 km məsafəni at belində qət edən FƏDAKAR MÜƏLLİM - VİDEO

Şagirdləri üçün hər gün 20 km məsafəni at belində qət edən FƏDAKAR MÜƏLLİM - VİDEO

Zaqatala rayonunda ucqar dağ kəndinə dərs deməyə gedən müəllim hər gün bu yolu at belində qət edir.

 

Sfera.az xəbər verir ki, Rauf Ramazanov 15 ildən çoxdur qar-qış demədən at belində məktəbə gedib-gəlir.

 

Dağ kəndi olan Sabunçu rayon mərkəzindən 20 kilometr uzaqlıqda yerləşir. Bu yolu isə əsasən iritutumlu yük maşınları və ya atla getmək mümkündür.

 

Hər gün atla 14 km məsafəni qət edən müəllim gediş və gəliş üçün hər biri 40 dəqiqə olmaqla 1 saat 20 dəqiqə vaxt sərf edir. (Azərtac)

 


OXŞAR XƏBƏRLƏR