Metroda qatar niyə 9 dəqiqə gecikib? - RƏSMİ AÇIQLAMA

Metroda qatar niyə 9 dəqiqə gecikib? - RƏSMİ AÇIQLAMA

Bu gün səhər saat 09:52 radələrində Bakı Metropoliteninin "İnşaatçılar" stansiyasında qatar 9 dəqiqə gecikib.Gecikmə platformada sərnişin sıxlığına səbəb olub.

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov gecikməyə ehtiyat qatarın xətdə dövrə vurmasının səbəb olduğunu deyib:

 

"Qatarların hərəkətində, metro xətlərində hansısa nasazlıq olmayıb. 6 dəqiqə “28 May” stansiyasından olan intervaldır. Geriyə qalan 3 dəqiqəlik gecikmə isə ehtiyat qatarın xətdən çıxarılması və hərəkətin ənənəvi qrafikə uyğun tənzimlənməsi ilə baş verib".

 

Firuzə Əliyeva



 


OXŞAR XƏBƏRLƏR