“WhatsApp+” istifadəçilərinə TƏCİLİ XƏBƏRDARLIQ: “Bank hesabları..” 

“WhatsApp+” istifadəçilərinə TƏCİLİ XƏBƏRDARLIQ: “Bank hesabları..” 

“Saxta “WhatsApp+” istifadə edənlərin bank hesablarından pullar oğurlanır”.

 

Sfera.az bildirir ki, bunu tanınmış texnobloqer Fərid Pərdəşünas deyib. Onun sözlərinə görə, vətəndaşların bununla bağlı şikayətləri artır:

 

“Pulu oğurlananlar and-aman edib, bankları günahlandırsa da, əslində “WhatsApp+”da olan arxa qapı sayəsində bank tətbiqlərinə giriş əldə edilir. Azərbaycan saxta “WhatsApp+” yüklənmə sayına görə dünyada birinci yerdədir. Səbəb də sadədir - başqalarının gizliliyinə müdaxilə etməyi sevirik. İndi isə bu maraq kütləvi şəkildə hesabların oğurlanmasına səbəb olur”.

 

Ekspert bildirib ki, “WhatsApp+” orijinal “WhatsApp”da olmayan imkanları təqdim edən saxta həlldir: “Vaxtında dövlət qurumları, şəxsən mən bağırırdım ki, saxta tətbiqi yükləməyin. İndi zərərçəkənlər dünyadan xəbərsiz kimi bankları günahlandırır”.

 

Günay


OXŞAR XƏBƏRLƏR