Sarıbaş kəndinə gediş-gəliş bərpa olundu

Cəmiyyət
23:22 / 25.01.2024
6267
Qax rayonunun Sarıbaş kəndinə gedən yol texnikalarla qardan təmizlənib.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 13 saylı Yol İstismarı MMC-dən məlumat verilib.
Bildirilib ki, rayonun dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşən Sarıbaş kəndinə gedən 7 km-lik məsafə qardan təmizlənib və gediş-gəliş bərpa edilib.
Qeyd edək ki, həmin kəndə gedən yol güclü qar səbəbindən bağlanmışdı.
Hazırda Sarıbaşda qarın qalınlığı 45 sm-ə çatır. (Qafqazinfo)