Özlərini ər-arvad kimi təqdim edən ögey bacı-qardaşa AĞIR CƏZA

Özlərini ər-arvad kimi təqdim edən ögey bacı-qardaşa AĞIR CƏZA

Şəmkirdə 2 qadına qarşı dələduzluq və quldurluq əməlində təqsirləndirilən Kəlbəcər rayon sakinləri Sənani Misirov və ögey bacısı Gülnar Həşimzadəyə hökm oxunub.

 

Sfera.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 33 yaşlı Sənani və 30 yaşlı ögey bacısı Cinayət Məcəlləsinin 178 və 181-ci (dələduzluq və quldurluq) maddələri ilə təqsirli biliniblər.

 

Məlum olub ki, Sənani 2018-ci ildə həbsdən çıxıb və həmin vaxt ögey bacısı boşanıb. Bundan sonra onlar Bakıda birgə kirayədə yaşamağa başlayıblar. 2021-ci ildə isə Sənani və Gülnar Bakıdan Şəmkirə gedərək orada özlərini ər-arvad kimi təqdim edərək kirayə ev tutublar. Daha sonra onlar qızıl alveri ilə məşğul olan və Gəncədə fəaliyyət göstərən 2 qadınla əlaqə saxlayaraq onlarla münasibət qurublar.

 

Özlərini həmin qadınlara da ər-arvad kimi təqdim edən şəxslər onlardan birinin inamını qazanaraq toyda istifadə edib qaytarmaq adı ilə 17 min manatlıq qızıl-zinət əşyaları alıblar. Daha sonra hər iki şəxs digər qızıl alverçisini yaşadıqları evə dəvət edib və ona hədə-qorxu gələrək özü ilə satış üçün gətirdiyi 15 min manata yaxın dəyəri olan qızılları zorla əlindən alıblar.

 

Daha sonra hər iki şəxs Bakıya qayıdaraq ələ keçirdikləri qızılları satıblar.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin yekununda Sənani Misirova 9 il 6 ay, Gülnar Həşimzadəyə isə 9 il həbs cəzası verilib.


OXŞAR XƏBƏRLƏR

Keçmiş əsgərlərdən etiraf: “Silahsız insanları yuxuda öldürürdülər”

Britaniya Xüsusi Qüvvələrinin sabiq üzvləri, Əfqanıstan və İraqda törədilən müharibə cinayətləri ilə bağlı şok açıqlamalar veriblər.    Sfera.az...

“Həyat yoldaşından küsən qadın çökür”

Xalq artisti Gülyanaq Məmmədova həyat yoldaşından danışıb. Sfera.az xəbər verir ki, “Maqazin plus” yutub layihəsində qonaq olan müğənni on...

"80 milyon insan aclıqla üz-üzə qalacaq" - BMT rəsmisi

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə nümayəndəsi iqlim dəyişikliyinin qlobal aclıq böhranını daha da dərinləşdirəcəyini bildirib.   ...

ABŞ bu sahədə Çinə uduzacaq: "Üstünlüyümüz uzun sürməyəcək”

“OpenAI”nin baş direktoru Sam Altman ABŞ Senatında verdiyi açıqlamada Amerikanın süni intellekt (SI) sahəsindəki liderliyinin Çin qarşısında davamlı...

Metro və dəmir yolundan istifadə edənlər üçün SEVİNDİRİCİ XƏBƏR

Böyük şəhərlərin dayanıqlı inkişafında relsli nəqliyyat - metro və dəmir yolu sistemləri ən effektiv həll yollarından biri sayılır.   Sfera.az x...

Nə üçün Bakını ziyarət edək? - "Forbes" Azərbaycandan yazdı

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Bakı haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda Bakının tarixi, ...