Dəm qazının yaranmasına səbəb BUDUR: "Vanna otağında..."

Dəm qazının yaranmasına səbəb BUDUR:

Qış mövsümünün başlaması ilə dəm qazından zəhərlənmə halları da çoxalıb. Dəm qazı hər il onlarla insanın həyatına son qoyur. Havada az miqdarda qazın olması belə kifayət edir ki, 5-6 dəqiqəyə insan orqanizmi zəhərlənsin. Dəm qazından ölümə, əsasən, İran sobaları, tüstü boruları və ventilyasiya qurğuları göstərilir. Adıçəkilənlərin heç biri insan ölümünə birbaşa səbəb deyil. Sadəcə insanların bir çoxu tüstü borularının və ventilyasiya qurğularının necə quraşdırılmasını dəqiq bilmir.

 

Bəs dəm qazının yaranmasına səbəb nədir?

 

Mövzu ilə bağlı Sfera.az-danışan toksikoloq İsmayıl Əfəndiyev bildirib ki, İran sobalarının düzgün quraşdırılmaması da dəm qazına səbəb olur.

 

“Kustar üsulla hazırlanmış qaz cihazlarından imtina etmək lazımdır. Tüstü qurğuları standarta uyğun olmalıdır. Texnoloji imkanlardan da geniş istifadə edilməlidir . Hansı ki, metala qarşı olan dedektorlar var, iy hiss olunan kimi siqnal verir. Dəm qazına həssas olan dedektorların da quraşdırılması məsləhət görülür. Bu qurğular da adi ustalar tərəfindən deyil, ixtisaslı mütəxəssislər tərəfindən quraşdırılmalıdır”.

 

Toksikoloq diqqətə çatdırıb ki, dəm qazından ölüm hallarının çox hissəsi vanna otağında baş verir.

 

“Vanna otağında dəm qazının qarşısını almaq üçün qapının aşağı hissəsində müəyyən dəliklər açılmalıdır. Tüstü bacaları ildə bir dəfə mütləq təmizlənməlidir. Soyuq qış aylarında istifadə edilən qızdırıcı qurğulara qarşı diqqətli olmaq lazımdır”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

“Həyat yoldaşından küsən qadın çökür”

Xalq artisti Gülyanaq Məmmədova həyat yoldaşından danışıb. Sfera.az xəbər verir ki, “Maqazin plus” yutub layihəsində qonaq olan müğənni on...

"80 milyon insan aclıqla üz-üzə qalacaq" - BMT rəsmisi

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə nümayəndəsi iqlim dəyişikliyinin qlobal aclıq böhranını daha da dərinləşdirəcəyini bildirib.   ...

ABŞ bu sahədə Çinə uduzacaq: "Üstünlüyümüz uzun sürməyəcək”

“OpenAI”nin baş direktoru Sam Altman ABŞ Senatında verdiyi açıqlamada Amerikanın süni intellekt (SI) sahəsindəki liderliyinin Çin qarşısında davamlı...

Metro və dəmir yolundan istifadə edənlər üçün SEVİNDİRİCİ XƏBƏR

Böyük şəhərlərin dayanıqlı inkişafında relsli nəqliyyat - metro və dəmir yolu sistemləri ən effektiv həll yollarından biri sayılır.   Sfera.az x...

Nə üçün Bakını ziyarət edək? - "Forbes" Azərbaycandan yazdı

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Bakı haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda Bakının tarixi, ...

Azərbaycanlı aktrisadan cəsarətli paylaşım – FOTOLAR

Türkiyədə yaşayan tanınmış aktrisa Nəsrin Cavadzadə yenə də diqqətləri üzərinə çəkməyi bacarıb. Aktrisa bu dəfə başdan-ayağa transparan libas seçimi ilə gündəmə...