“Bu, müharibədir...” - Ermənistan Müdafiə Nazirliyi
Kateqoriya məlum deyil
“Azərbaycanla sərhəddəki situasiyanı ancaq müharibə olaraq xarakterizə etmək olar”.
“Qafqazinfo” xəbər verir ki, belə bir açıqlama ilə Ermənistan Müdafiə nazirinin mətbuat katibi Artsrun Ovannisyan çıxış edib:
“Artıq heç kimə sirr deyil və elə bir ekspert və analitik qalmayıb ki, situasiyanı müharibə olaraq qiymətləndirməsin.
Bu müharibədir və artıq atəşkəs rejiminin pozulmasından danışmaq olmaz”.
Erməni nazirin sözlərinə görə, Azərbaycan ciddi hərəkətə keçmək niyyətindədir.






