Misir Mərdanovla Mirşahin Ağayevə qarşı sui-qəsd planı... - Məhkəmə başladı

Misir Mərdanovla Mirşahin Ağayevə qarşı sui-qəsd planı... - Məhkəmə başladı

Kərimə dövləti qurmaqda, sabiq təhsil naziri Misir Mərdanov və “Real TV”nin rəhbəri Mirşahin Ağayevə qarşı sui-qəsd planı hazırlamaqda ittiham edilən dəstə üzvlərinin məhkəməsi başlayıb.

 

Sfera.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda tərəflərin hüquq və vəzifələri izah edilib, ilkin dinləmələr keçirilib.

 

Bu iş üzrə 13 nəfər-Yusif Mirzəyev, Elvin Cəfərov, Elgün Ağayev, Məhərrəməli Musayev, Hüseyn Hüseynzadə, Savalan Hüseynli, Etibar Məmmədzadə, Mir Vasid Əliyev, İlham Şıxaliyev, Faiq Zeynalov, İlkin Bağırov, Vüqar Mədətov və Ruslan Əliyev mühakimə edilir. 

 

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla tutulan müttəhimlərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib.

 

Bugünkü iclasda müdafiə tərəfinin ilk vəsatətləri müttəhimlər haqda seçilmiş qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı olub.

 

Məhkəmə qətimkan tədbrinin dəyişdirilməsi üçün əsaslar müəyyən edilmədiyini əsas gətirərək vəsatəti rədd edib.

 

Prosesin davamında təqsirləndirilən Hüseyn Hüseynzadənin müdafiəçisi vəkillərdən biri  Misir Mərdanov və Mirşahin Ağayevin zərərçəkmiş qismində tanınmasına xitam verilməsini istəyib. Vəkil hesab edir ki, Mərdanov və Ağayevə heç bir zərər dəyməyib, onlara qarşı iddia olunan sui-qəsd planı hazırlanmasından xəbərləri olmayıb.

 

Novruz Kərimovun sədrlik etdiyi hakimlər heyəti belə qənaətə gəlib ki, qeyd olunan məsələ hazırlıq iclasının predmetinə aid deyil. 

 

Vəsatət baxılmamış saxlanılıb. 

 

Hazırlıq iclasının sonunda məhkəmə baxışının qapalı keçirilməsi qərara alınıb.

 

İlk baxış iclası yanvarın 31-ə təyin edilib.

 

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin dövlətə xəyanətdə , dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd cəhdi hazırlamaqda, yetkinlik yaşına çatmayan şəxsi cinayətkar fəaliyyətə cəlb etməkdə və digər maddələri ilə ittiham edilirlər.


OXŞAR XƏBƏRLƏR

Körpə qız "pişik dilində" ünsiyyət qurmaq bacarığı ilə təəccübləndirdi - VİDEO

ABŞ-ın Miçiqan ştatından olan İna, ingiliscə çox məhdud kəlimələrlə danışan qızının miyovlayaraq pişiyi ilə inamla danışa bildiyini müəyyən edib.   Sfe...

Mahnı yox, üçüncü uşaq gəlir: Rihanna “Met Gala”ya hamilə qatıldı

Dünyaca məşhur müğənni və bir dövrün əfsanəsi, pərəstişkarlarının illərdir yeni mahnı gözlədiyi Rihanna yenə körpə sürprizi ilə gəlib. Sfera.az bildirir ki...

Milli əhəmiyyətə malikdir: İngiltərədə nadir dəfinə tapıldı - FOTO

İki xəzinə ovçusu metal detektordan istifadə edərək Anglo-Sakson dəfinəsini kəşf ediblər. İngiltərənin cənub-qərbində aşkarlanan son tapıntılar xalqın diqqətini...

Qeyri-adi doqquzluq əkizlər dördüncü ad gününü qeyd edir - FOTOLAR

Bu yaxınlarda həyat yoldaşları Halima Cisse və Abdelkader Arbi xüsusi bir bayram qeyd ediblər. Onların əkizlərinin dörd yaşı tamam olub.   Sfera.az bil...

İlham Əliyevin Moskvaya getməməsinin - SƏBƏBLƏRİ

Prezident İlham Əliyevin mayın 9-da Moskvada keçiriləcək Qələbə paradına qatılmayacağı barədə məlumat vermişdik.   Sfera.az APA-ya istinadən xəbər ve...

İordaniyada Heydər Əliyevin xatirəsi yad edilib

Ammanda Azərbaycanın milli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib, səfir Eldar Səlimov İordaniya-Azərbaycan münasibətlərini ikitərə...