Metroda baş verən ölümlərin səbəbi nədir? "Sərnişinin halı pisləşərsə..." - Rəsmi AÇIQLAMA

Son vaxtlarda Bakı Metropolitenində ölüm hallarına tez-tez rast gəlirik.
Bəs metroda baş verən ölümlərə qarşı hansı tədbirlər görülməlidir?
Mövzu ilə bağlı Sfera.az-a danışan “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, metroda baş verən ölüm halları texnogen hadisələrlə bağlı deyil.
"Baş verən ölümlər insanların öz xəstəlikləri ilə bağlı olur. Bu nəqliyyat növündən istifadə edən şəxslər fiziki sağlamlıqları ilə bağlı məsələlərdə diqqətli olmalıdırlar".
Bəxtiyar Məmmədov bildirib ki, Bakı Metropoliteninin Təcili Tibbi Yardım xidməti ilə sürətli və çevik olaraq əlaqə saxlamaq imkanları var. "Hər hansısa bir sərnişinin halı pisləşərsə, tez bir zamanda xəstəyə müdaxilə edilir. Xəstələr texniki vasitələrlə tez bir zamanda yaxınlıqda olan sağlamlıq məntəqələrinə çatdırılırlar".
Ülkər Abdurahmanlı