İşləyən şəxslərin günlük parklanma ödənişi ilə bağlı güzəşt nəzərdə tutulur? - RƏSMİ CAVAB

İşləyən şəxslərin günlük parklanma ödənişi ilə bağlı güzəşt nəzərdə tutulur? - RƏSMİ CAVAB

“Yol hərəkəti haqqında” qanuna əsasən, parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri üçün pulsuz parklanma yerləri ayrılır və onlara nəqliyyat vasitəsinin istifadəçisi, markası, dövlət qeydiyyat nişanı, parklanma ərazisi və etibarlıq müddəti göstərilməklə fərdi parklanma talonu verilir. Vətəndaşları maraqlandıran əsas məsələ isə bu parkinq yerlərinin yaxınlığında yaşayan sakinləri ilə yanaşı, bu ərazidə fəaliyyət göstərən müəssisələrdə çalışan işçilərin də ödəniş etməsidir. Belə ki, mövcud tarifləri nəzərə alsaq, Bakıda işləyən şəxsin günlük parkinq ödənişi 3-8 manat olur ki, bu da aylıq 50-160 manat parkinq xərci deməkdir.

 

İşçilər üçün hansısa güzəştlər tətbiq oluna bilərmi? Eyni zamanda, xarici vətəndaşlara görə hansısa istisnalar müəyyənləşə bilərmi?

 

Məsələ ilə bağlı Sfera.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlayıb.

 

Sorğuya cavab olaraq qurumdan bildirib ki, bu barədə xüsusi güzəştlər tətbiq olunmur:

 

“Təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda qeydiyyatı olan sakinlər fərdi parklanma talonu alaraq avtomobillərini onlar üçün ayrılan yerdə ödənişsiz saxlaya bilərlər. Eyni zamanda, bu imkanlardan yararlanmaq üçün xarici vətəndaşlar da müvəqqəti qeydiyyat ünvanı üzrə müraciət etmək hüququna malikdirlər. Qanunvericiliyə əsasən, ödənişli parklanma ilə bağlı iş yerlərinə münasibətdə və digər hallarda imtiyazlar nəzərdə tutulmayıb”.

 

Agentlik qeyd edib ki, yeni parkanma sistemindən sonra yollardakı xaotik vəziyyətdə müsbət dəyişiklik müşahidə olunur:

 

“Parklanma yerlərinin idarəolunmasının əsas məqsədi şəhərin küçə-yol şəbəkəsində tıxacların və sıxlıqların azaldılması, ictimai nəqliyyatın orta hərəkət sürətinin və bunun nəticəsində onun cəlbediciliyinin artmasıdır. Parklanmanın düzgün idarəedilməsi şəhər yollarında xaosun qarşısını alır və küçələrin daha effektiv, rahat və təhlükəsiz olmasına, həmçinin bütün növ nəqliyyat vasitəsi sahiblərinə şəhərin ərazisindən effektiv istifadə etməyə imkan yaradır. Müşahidələr göstərir ki, parklanmanın idarə olunmasından sonra əvvəllər avtomobil saxlamaq üçün çətinliklə yer tapılan küçələrdə artıq xeyli sayda boş yer mövcuddur”.   

 

Qeyd edək ki, bir neçə gün öncə stilist Anar Ağakişiyev instaqram paylaşımında “Azparking”dən şikayətlənmişdi. O, yaşadığı yerin qarşısında parkinqin ödənişsiz olduğunu, lakin sahibi olduğu salonun qarşısında parkinqə görə ayda 300 manat ödəyini bildirib. Xarici vətəndaş olduğu üçün xərclərinin çox olduğunu qeyd edərək buna görə xüsusi imtiyazların nəzərdə tutulmasını istəyib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirəcək - VİDEO

Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində keçiriləcək "Qış təlimi - 2025" bi...

İnstaqramın fəaliyyətində problem yarandı

Dünyanın bir sıra ölkələrində İnstaqram sosial şəbəkəsinin fəaliyyətində problemlər müşahidə olunur.   Sfera.az xəbər verir ki, bu barədə məşhur...

Çimnaz Sultanova vəfat etdi

Aktrisa Çimnaz Sultanova vəfat edib.   Sfera.az bildirir ki, aktrisa bağırsaq xərçəngindən dünyasını dəyişib.   Mərhum sabah dəfn ediləcək...

Çoxəsrlik ənənəni pozur: Mişel Obama Trampın andiçmə mərasimində iştirak etməyəcək

ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama gələn həftə yeni seçilmiş prezident Donald Trampın andiçmə mərasimində iştirak etməyəcək. Bu barədə xanım Obamanın ofis...

Ərdoğan Suriya XİN başçısını qəbul etdi

Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybanini qəbul edib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə med...

Hava yollarındakı görünməyən təhlükə:Uçuşlara təsir edir...

Son dövrlərdə dünya üzrə baş verən təyyarə qəzaları və texniki nasazlıqlar bir çox sualları gündəmə gətirir. Xüsusilə də bəzi mütəxəssislər və müzakirəçilə...