Bu suları içmək TƏHLÜKƏLİDİR: "Xlor insan orqanizminə..."

Son zamanlar su filtrlərindən istifadə edən insanların sayı artıb. Hamı təmizlənmiş suyu içməyə üstünlük verir. Krant, filtr və bulaq sularının bir sıra fərqləri var.
Sfera.az xəbər verir ki, bu barədə "Bangor" universitetinin alimləri araşdırma ediblər. Bildirilib ki, krant suyu evimizə gəlib çatanadək bəzi filtrasiya prosedurlarına məruz qalır və xlorlanır.
"Buna görə də, krant suyunda bağırsaq çöplərinə rast gəlinir. Təbii ki, bağırsaq çöpü olan suyu içmək düzgün deyil. Xlor isə məhz onları məhv etmək məqsədilə istifadə edilir. Yüksək miqdarda qəbul edilən xlor orqanizmi zəhərləyir. Krant suyunu içmək olar. Onda cüzi miqdarda olan xlor insan orqanizminə zərər vermir. Amma krant boruları paslıdırsa gələn suyun tərkibində pas olur. Bu halda insanlar çarəni filtrlənmiş suda görürlər".
Alimlərin araşdırmasına görə, filtr aparatından çıxan su sağlam deyil:
"Çünki suyun tərkibindəki minerallar da zərərli maddələrə qarışaraq suyun tərkibində qalır. Ən faydalı su bulaq suyu hesab edilir. Çünki onun tərkibi minerallarla zəngindir. Bulaq suyunun filtrə ehtiyacı yoxdur. Marketlərdə satılan bulaq suları da müəyyən prosedurlardan keçirlər. Ona görə plastik qabdakı sular yerinə şüşə qabdakı sulara üstünlük vermək lazımdır. Çünki plastik qabların içində mikroplastik olma ehtimalı var".
Ülkər Abdurahmanlı