Deputat məktəblərdəki kriminal hadisələrdən DANIŞDI: “Daha çox olacaq” 

Deputat məktəblərdəki kriminal hadisələrdən DANIŞDI: “Daha çox olacaq” 

“Kriminal hadisələr cavanlaşır”.

 

Sfera.az bildirir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Gəncədə məktəbdə törədilən qətl hadisəsi barədə danışarkən deyib. O qeyd edib ki, belə hadisələrin baş verməməsi üçün tədrislə tərbiyə işi paralel aparılmalıdır:

 

“Proseslərin təhlili onu göstərir ki, belə halların baş verməsi artan xətt üzrə davam edəcək. Bu gün gənclərdə kriminal aləmə meylin artması, onların daha çox kriminal əhval-ruhiyyəli mahnılara qulaq asmaları da bunu bir daha təsdiq edir. Bu barədə ciddi düşünməliyik. Əks halda, belə hadisələrin gələcəkdə daha çox baş verəcəyi ehtimalı yüksəkdir. Bəs belə hadisələrə görə kim məsuliyyət daşıyır? Hesab edirəm, məsuliyyət bütün tərəflərin üzərinə düşür. Ancaq daha çox məsuliyyəti məktəblərimiz daşıyır”.

 

Deputat qeyd edib ki, bu gün müxtəlif səbəblərdən valideynlər övladlarına kifayət qədər vaxt ayıra bilmirlər: “Digər bir məqam isə ondan ibarətdir ki, bəzi ailələr bu tərbiyəni vermək iqtidarında deyillər. Məsələnin ən ciddi tərəflərindən biri də budur. Belə olduğu halda isə yük daha çox məktəblər və müəllimlərin üzərinə düşür. Fikrimcə, təhsil sahəsində mövcud problemlərin araşdırılması üçün ayrıca bir mərkəzin fəaliyyətinə ciddi ehtiyac var. Əvvəl bu və ya digər formada bu funksiyanı Təhsil Problemləri İnstitutu yerinə yetirirdi. Sonradan iki qurum birləşdirildi və fəaliyyət daha çox başqa istiqamətə yönləndirildi”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Qayınatasını öldürmək istədi, özü öldü

Abşeron rayonunda kürəkənini qəsdən öldürməkdə təqsirləndirilən Tayır Tayırovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.   Sfera.az ...

Ərdoğan Zelenski ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu bar...

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.&nbs...

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb.   Sfera.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzr...

Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqli...

Bakıda iqlimlə bağlı daha bir tədbir keçiriləcək- Bu dəfə 5 gün

COP29-un uğurla başa çatmasından sonra Azərbaycan bu il də Bakı İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, sentyabrın...