Avtomobil yollarındakı son vəziyyət AÇIQLANDI

Avtomobil yollarındakı son vəziyyət AÇIQLANDI

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar ölkənin avtomobil yollarındakı saat 09:00-a olan vəziyyəti açıqlayıb.

 

Sfera.az Agentliyin açıqlamasına istinadən xəbər verir ki, “ZƏFƏR yolu”: Qar yağır, şaxta yoxdur. Yolda qarın təmizlənməsi ilə bağlı müvafiq tədbirər görülür.

 

Toğanalı - Kəlbəcər - İstisu: Zəif qar yağır, yolun Toğanalı kəndindən Murovdağ tuneli istiqamətində və tunelin başlanğıc hissəsindən Murovdağ istiqamətində şinləri zincirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur. Hazırda yolun qardan təmizlənməsi işləri aparılır. “Ömər aşırımı”na doğru yüksəkliyə qalxdıqca 12-14 dərəcə şaxta müşahidə olunur. Yolda əmələ gəlmiş buzlaşmaya qarşı müvafiq tədbirlər görülür.

 

Qubadlı-Laçın: Yağıntı yoxdur, 8 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

 

Füzuli-Hadrut: Qar yağır, şaxta yoxdur. Yolda qarın təmizlənməsi ilə bağlı müvafiq tədbirər görülür.

 

Bakı - Quba: Qar yağır, 1-2 dərəcə şaxta var. Buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

Xınalıq kəndi istiqamətində yol boyu qar yağır. Yolun 18-26 km hissəsində 16-18 sm qar var. Havanın hərarəti gecə mənfi 12, hal-hazırda mənfi 8 dərəcədir. Buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

 

Giləzi - Xızı: Qar yağır, 8 dərəcə şaxta var. Xızı şəhərinin ərazisində 12 sm qar var. Qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

 

Bakı-Qobustan: Qar yağır, 1-2 dərəcə şaxta var. Buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

Qobustan - Şamaxı - Muğanlı: Qar yağır, 3-4 dərəcə şaxta var. Buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

Muğanlı – Ağsu-Yevlax: Qar yağır, 3-4 dərəcə şaxta var. 131-km dən 143-km dək yolun hərəkət hissəsində problem yoxdur. 143-km dən başlayaraq Ağsu dolaylarında yollar buz bağlayıb, tədbir görülür, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

 

Muğanlı - İsmayıllı: Qar yağır, 4-6 dərəcə şaxta var. Buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

 

İsmayıllı - Qəbələ - Oğuz- Şəki: Qar yağır. İsmayıllı, Qəbələ və Oğuz rayonları ərazisində 3-7 dərəcə şaxta var, qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

 

Yevlax - Şəki: Qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

Şəki - Qax - Zaqatala: Qar yağır, 2-3 dərəcə şaxta var. Yolar qardan təmizlənir, qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

Şəmkir - Gədəbəy: Qar yağır, 4-5 dərəcə şaxta var. Yolda buzlaşma əmələ gəlmiş, qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

 

Gəncə - Daşkəsən: Qar yağır, 7-8 dərəcə şaxta var. Yolda buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

 

Ələt - Astara: Qar yağır, 4-5 dərəcə şaxta var. Buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

Masallı – Yardımlı: Masallı rayonu ərazisində qar yağır. 1 dərəcə şaxta var. Yardımlı rayonu ərazisində qar yağır, 8-9 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

 

Lənkəran – Lerik: Lənkəran rayonu ərazisində sulu qar yağır. Lerik rayonu ərazisində qar yağır, 7-8 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

 

Bakı - Ələt – Hacıqabul – Ucar – Yevlax - Gəncə - Qazax: Sulu qar yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

Hacıqabul – Bəhramtəpə – Horadiz: Sulu qar yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.


OXŞAR XƏBƏRLƏR

Nadir xəstəliyə tutulmuş qadın sağlam uşaq dünyaya gətirdi

Tez-tez nəfəs darlığı, sürətli ürək döyüntüsü və gözlənilməz hamiləlik xəbərləri - bu hadisələrin hər biri özlüyündə həyatı kökündən dəyişə bilər. Cessika Conso...

Benzin və dizel BAHALAŞACAQ

Türkiyədə valyuta məzənnələrindəki dəyişkənlik, neftin qiymətinin artması səbəbindən benzin və dizel yanacağında qiymət artımı gözlənilir.   Sfera.az...

Flora Kərimovanın səhhəti necədir? - AÇIQLAMA
"Flora xanımın 84 yaşı var, daha efirlərə çıxmır. O, zamanında səhnədə sözünü deyib. Televerilişlərə gedəndə yorulur. Heç müsahibələr də vermir. İndi bağda...

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəfat etdi - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev dünyasını dəyişib.   Sfera.az-ın məlumatına görə, bu gün infarkt keçirən S.Əliyev xəstəxanaya ç...

“Uzaq Şəhər” serialı möhtəşəm finala hazırlaşır – Tarix açıqlandı

Türkiyənin 2025-ci ildə ən çox izlənilən seriallarından olan “Uzaq Şəhər” ilk mövsümünün finalına yaxınlaşır. Reytinq rekordları qıranekran  iş...

Bu məkanda qiymət 5 dəfə artdı...

Deyirik ki, turizm Azərbaycanda prioritet sahədir. Amma baxırsan, bu sahədəki qərarlar ya gecikir, ya da ümumiyyətlə, hədəfsiz görünür. Məsələn, Qobustan qoruğu...