Qubada qar uçqunu oldu
Kateqoriya məlum deyil
Bu gün Quba-Xınalıq yolunda qar uçqunu baş verib.
Qar uçqunu yolun 36 və 37-ci km-də qeydə alınıb. Yolda avtomobillərin hərəkəti məhdudlaşıb. Əraziyə Quba 6 saylı Yol İstismar İdarəsinin texnikası cəlb olunub. Yolda hərəkətin bərpası üçün işlər davam etdirilir.






