Naxçıvanda işdən çıxarılan şöbə müdiri məhkəməyə üz tutdu

Naxçıvanda işdən çıxarılan şöbə müdiri məhkəməyə üz tutdu

Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhəri İcra Hakimiyyətinin bir neçə ay əvvəl işdən azad olunan şöbə müdiri məhkəməyə üz tutub. 

 

Sfera.az məlumatına görə, ötən ilin sentyabr ayında icra hakimiyyətinin hüquq şöbəsinin müdiri vəzifəsindən çıxarılan Emin Əli oğlu İmanov işlədiyi qurumla bağlı Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə şikayət edib. 

 

Sabiq məmur icra hakimiyyəti barəsində “İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - digər məsələlər”lərlə bağlı iddia qaldırıb. İşə 06.03.2024-cü ildə hakim Hicran Muradovun sədrliyi ilə baxılacaq. 

 

Qeyd edək ki, ötən ilin noyabrın 17-də Mirsənani Seyidovun Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Hazırda icra başçısının səlahiyyətlərini İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vəliyev Əhməd Zöhrab oğlu icra edir. (Qaynarinfo)


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...