Bakıda bu yollar buz bağlayacaq - XƏBƏRDARLIQ!

Bakıda bu yollar buz bağlayacaq - XƏBƏRDARLIQ!
Kateqoriya məlum deyil
T

Şaxta düşəcək, yollar buz bağlayacaq.

 

Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

 

Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında yanvarın 24-ü axşamadək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, gecə və səhər ayrı-ayrı yerlərdə intensivləşəcəyi gözlənilir. Yanvarın 24-25-də Bakı və Abşeron yarımadasında havanın minimal temperaturunun 2 dərəcədən 0 dərəcəyədək enəcəyi və şaxta düşəcəyi gözlənilir.

 

G.Məmmədova həmçinin vurğulayıb ki, yağıntılı hava şəraiti və arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar yanvarın 24-də yollarda görünüş məsafəsinin məhdudlaşacağı, yanvarın 24-25-də gecə və səhər şəhərin nisbətən yüksək ərazilərində yolların buz bağlayacağı ehtimalı var.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR