"Kim ölmək istəyirsə, bu yolu seçə bilər"  - Ekspertdən HƏYƏCAN TƏBİLİ

Ötən günlərdə AAYDA-nın idarə heyətinin sədri Saleh Məmmədov deyib ki, ödənişli yollarda kim istəyirsə, sürət həddini (110 km/saat ) keçə bilər.

 

Nəzərə alsaq ki, “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinə əsasən, Respublikanın magistral yollarında maksimal sürət həddi 110-dur, bu, qanun pozuntusu sayıla bilərmi? Yoxsa ödənişli yolların istisna olması hansısa qanunla tənzimlənirmi?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bu, qanun pozuntusudur:

 

“Ödənişli yol olsa belə, magistralda 100 km/saat sürət həddini keçən sürücü qanunu pozmuş sayılır. Lakin kimsə sürət həddini aşsa da, radar, kamera olmadığı və yol polisinin həmin ərazidə xidmət aparmadığı üçün bu aşkar olunmur”. 

 

Mütəxəssisin fikrincə, vətəndaşların avtomobili sürətli idarə etməyə həvəsləndirilməsi onları ölümə aparır:

 

“Onsuz da vətəndaşlarımız yüksək sürətə maraq göstərir. Tam səmimi deyim ki, burada maraqlı olan, üstünlük verən cəhət yoxdur, əksinə təhlükə mənbəyidir. Düşünürəm ki, vətəndaşları bu cür sürətli avtomobil idarə etməyə həvəsləndirmək düzgün deyil. Kimsə həyatından bezibsə, ölmək istəyirsə, bu yolu seçə bilər. Sədrin də dediyi kimi, kim istəyirsə, yüksək sürətlə sürə bilər, amma şüurlu insan bilməlidir ki, bu, təhlükəlidir”.

 

Nəqliyyat eksperti Eldəniz Cəfər isə bildirib ki, ödənişli yolların maksimal sürət həddində istisna olmalıdır:

 

“Sürət həddinin aşılması xüsusi cihazla ölçülür. Cihaz yoxdursa, cərimə də yazıla bilməz. Ona görə də məntiqlə ödənişli yollarla bağlı qanunda istisna olmalıdır. Yox, əgər cərimə yazılması məqsədi varsa, bu zaman o yola radar qoyulmalıdır. Radar da olsa, həmin yol rentabelli olmayacaq. Xəbərdarlıq məqsədilə nişan qoyulması məqsədəuyğundur”. 


Qeyd edək ki, “Avtomobil yolları haqqında” Qanunun 19-1 maddəsinə görə, ödənişli avtomobil yollarının yaradılması üçün bəzi məqsədlər olmalıdır. Bunlardan bir neçəsi də avtomobil yolları istifadəçilərinə yüksək xidmət göstərilməsi, yollarda yüksək sürət rejiminin və təhlükəsizliyin təmin olunmasıdır.

 

Yüksək sürət rejiminin olduğu ödənişli yollarda təhlükəsizliyin nə dərəcədə təmin olunduğu isə sual altındadır.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Egey sahilində 4,9 maqnitudalı zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Age...

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...