Bakı-Sumqayıt ekspress avtobusları ilə bağlı AÇIQLAMA: "Ciddi uğur gətirməyəcək"

Bakı-Sumqayıt ekspress avtobusları ilə bağlı AÇIQLAMA:

Xəbər verdiyimiz kimi, Bakı və Sumqayıt arasında ekspress avtobuslar fəaliyyətə başlayıb.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib ki, bu, irəliyə doğru atılan ciddi addımdır: “Lakin görüləcək işlər hələ çoxdur. İki şəhər arasında təkcə vağzaldan-vağzala sərnişindaşıma ciddi uğur gətirməyəcək. Bu iki şəhərə vahid aqlomerasiya kimi, vahid mobillik zonası kimi baxılmalıdır. On minlərlə insan gündəlik olaraq bu iki şəhər arsında gedib-gəlir. Ya təhsil, ya iş, ya da digər məsələlərə görə... Ona görə də Sumqayıtın bir neçə yerindən Bakının bir neçə yerinə və əksinə ictimai nəqliyyat təşkil edilməlidir”.

 

Ekspert bildirib ki, daha kiçik tutumlu, ehtiyac olan istiqamətdə isə həm də iri tutumlu avtobuslar, ekspress marşrutlar yaradılmalıdır: “İki şəhər arasında qatarla daşıma imkanları da yaxşılaşdırılmalıdır. Əks təqdirdə, Bakı-Sumqayıt arasında hərəkət edən fərdi avtomobillər və taksilərlə səyahət sayını azaltmaq asan olmayacaq. Nəzərə alınmalıdır ki, müasir insan üçün təkcə gediş haqqı yox, həm də yola sərf edilən zaman vacibdir”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...