Bu yola radar quraşdırıldı - FOTO

Bu yola radar quraşdırıldı - FOTO

Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolu üç aydır istifadəyə verilib. Amma indiyə kimi sürücülər arasında yolda maksimal sürət həddi ilə bağlı müzakirələr aparılır.

 

Sfera.az xəbər verir ki, artıq ödənişli avtomobil yolunda maksimal sürət həddini göstərən yol nişanları quraşdırılıb.

 

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 129 kilometrlik ödənişli hissəsində ən yüksək sürət həddi 110 km/saatdır. Yolun başlanğıc nöqtəsi – Yeni Yaşma ödəmə məntəqəsindən, son nöqtəsi – Yeni Sudur ödəmə məntəqəsinədək olan hissəsində bütün yolboyu sürət həddini göstərən nişanlara rast gəlmək olar.

 

Bununla yanaşı yaxın vaxtlarda yolda radarlar və digər xüsusi texniki vasitələrin quraşdırılması da nəzərdə tutulub. Artıq yolboyu radar və videokamera nişanları yerləşdirilib.

 

Hazırda ödəmə məntəqələrində də yalnız POS-terminal vasitəsilə nağdsız qaydada ödəniş etmək mümkündür. Yeni yolda hələlik yanacaqdoldurma və təmir məntəqələri fəaliyyət göstərmir.

 

Hazırda yoldan daha çox yük avtomobilləri istifadə edir. Həftəsonları isə yolda minik avtomobillərinin sayı da çoxalır. Şimal bölgəsinə istirahətə gələnlər yeni yoldan istifadə etməyə üstünlük verirlər. (AZƏRTAC)


OXŞAR XƏBƏRLƏR

Bu şəxslərə 1600 manat müavinət veriləcək

Bu ildən məbləği artırılan birdəfəlik müavinətlərdən biri də cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə olan ödənişdir. Belə ki,...

İşdən çıxarılan direktorun başqa vəzifəsi var imiş

Xəbər verdiyimiz kimi, Bakı şəhərində yerləşən 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibli işdən çıxarılıb. Direktor yayılan səsyazısında "Son ...

Barmaqlar suda niyə qırışır? - Alimlər gözlənilməz cavabla üzləşdilər

Binqemton Universitetindən olan amerikalı alimlər maraqlı bir fenomenin - barmaqların suda uzun müddət qaldıqdan sonra qırışmasının əsl səbəbini müəyyən ediblər...

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Egey sahilində 4,9 maqnitudalı zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Age...

Hüquqşünas kazinolarda və lüks yerlərə müştərilərin 9 milyon dollardan çox pulunu
Kaliforniya ştatının Nyuport-Biç şəhərində vəkil olan 41 yaşlı Sara Jaklin Kinq çoxmilyonluq fırıldaqçılıq planında rol aldığı üçün mayın 5-də 21 ay müddətinə f...

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...