Fiziki şəxslər SİMA ilə bəyannamə verə biləcək

Fiziki şəxslər SİMA ilə bəyannamə verə biləcək

“SİMA İmza” vasitəsilə Dövlət Gömrük Komitəsinə məxsus olan “Smart Customs” mobil tətbiqindəki xidmətlərdən istifadə mümkün olacaq.


Sfera.az “AzInTelecom” MMC-yə istinadən xəbər verir ki, “SİMA İmza”nın komitəyə məxsus “Smart Customs” tətbiqinə inteqrasiyası tamamlanıb. 


Vətəndaşlar və fərdi sahibkarlar “Smart Customs” tətbiqində şəxsi kabinetə digər giriş imkanları ilə yanaşı, “SİMA İmza” ilə də daxil ola biləcək. Bunun üçün istifadəçinin mobil cihazında SİMA tətbiqinin olması kifayətdir.


Qeyd edək ki, fiziki şəxslər “Smart Customs” tətbiqindən əsasən “Tendyol” və digər bu kimi tanınmış elektron ticarət platformalarından istifadə etməklə sifariş verdikləri bağlamalara dair sadələşdirilmiş bəyannamə verirlər. Əvvəllər bu bəyannamələri vermək üçün ASAN imza və ya ASAN loqin-parola sahib olmaq tələb edilirdi. Bundan sonra "SİMA İmza"ya sahib olan şəxslər də sadələşdirilmiş bəyannamə verə biləcək.


Vasif


OXŞAR XƏBƏRLƏR