Bakıda 43 min manatlıq oğurluq
Kateqoriya məlum deyil
Bakıda mənzildən 3 min manat və 40 min manatlıq qızıl oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin Kriminalistik Tədqiqatlar İdarəsi və Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktaybrın 19-da Bakı şəhər sakini Eldar Məhərrəmovun evindən 3000 manat pul və 40 000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini Elvin Alıyev tutulub.






