Logo

Lənkəranskinin varisinə Rusiyada şok qadağa

Lənkəranskinin varisinə Rusiyada şok qadağa
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Rusiya hüquq mühafizə orqanları İtaliyanın Bari şəhərində məskunlaşan kriminal avtoritet Merab Canqvaladzeylə ("Suxumski”) görüşüblər.
Sfera.az-ın lent.az-a istinadən məlumatına görə, rus polisi "Merab Suxumski”yə onun Rusiya vətəndaşlığından azad edilməsi barədə qərarı təqdim ediblər.

Qərarda onun ömürlük Rusiyaya gəlməsi də qadağan olunub. Qanuni oğru qərara imza atsa da, öz növbəsində məhkəməyə müraciət edəcəyini bildirib. Baridə ev dustaqlığında olan "Suxumski” rusları müşayiət edən yerli polisdən baş verənlərin videoya köçürülməsini də istəyib və bu istək qəbul olunub. Bu arada İtaliya hökuməti də "Suxumski”dən can qurtarmağın yollarını axtarır. Amma onun hara ekstradisiya ediləcəyi hələ də qaranlıq qalıb.

Qeyd edək ki, Merab azərbaycanlı mərhum kriminal avtoritet Rövşən Lənkəranskinin varisi hesab olunur.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR