Bakıda niyə beşmərtəbəli binaların tikintisi qadağan edilir?

Bakıda niyə beşmərtəbəli binaların tikintisi qadağan edilir?

"Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı" hazırlanarkən dayanıqlı inkişaf prinsipləri əsas götürülüb. Paytaxtın bir sıra ərazilərində mərtəbə sayı beşdən artıq olan binaların tikintisinə icazə verilməməsi də həmin prinsipin tərkib hissəsidir.

 

Sfera.az xəbər verir ki, bunu açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov bildirib.

 

Onun sözlərinə görə, həmin ərazilər xüsusi mühafizə olunan zona adlandırılacaq.

 

“Bu, 425 hektar ərazini əhatə edir. Binalar üçün mərtəbələrin məhdudiyyəti məhz bu zonada nəzərdə tutulub. Bura şəhərin tarixən formalaşmış hissəsidir. Planlaşdırma strukturunu qoruyub saxlamağı düşünürük. Burada müdaxilələrin minimuma endirilməsini və mərtəbələrin də hündürlüyünün məhdudiyyətini qarşımıza məqsəd qoymuşuq. Baş plana əsasən, paytaxtda binaların mərtəbələrinin sayı şəhərin sıxlığına uyğun təyin olunacaq. Şəhərin inkişaf əraziləri yüksək sıxlıqlı, orta sıxlıqlı, az və seyrək sıxlıqlı ərazilərə bölünüb. Yüksək sıxlıqlı ərazilər 9 mərtəbə və ondan yuxarı ərazilər, orta sıxlıqlı ərazilər 5-8 mərtəbə, az sıxlıqlı 3-4 mərtəbəli, seyrək sıxlıqlı ərazilər isə daha çox fərdi yaşayış evlərinin olduğu ərazilərdir”, - deyə İlqar İsbatov əlavə edib. (Azərtac)


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...