Vətəndaşların DİQQƏTİNƏ! "Bu halda maaşınızın 70 %-i tutula bilər"

Vətəndaşların DİQQƏTİNƏ!

Bəzən vətəndaşlar əməkhaqlarından pul tutulduğu üçün narazılıq edir.

 

Məsələn, banka borcu olanlar və borcu birdəfəlik ödəyə bilməyənlərin maaşından pul tutula bilir. Yaxud aliment ödənişinin alınması üçün belə hallar müşahidə olunur.

 

Ümumiyyətlə, başqa hansı hallarda əməkhaqqından pul tutula bilər?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən vəkil Vamiq Şükürov deyib ki, bunun üçün ilk növbədə məhkəmə qətnaməsi olmalıdır:

 

“Bundan sonra qətnaməni icra edən məmur işlədiyiniz yerə sərəncam göndərir və pulun tutulmasını tələb edir. Belə hallarda borc məbləği qurtaranadək əməkhaqqından tutulma həyata keçirilir. İkinci halda isə şəxsin razılığı olmadan vergilər və sosial sığorta haqları əməkhaqqından tutulur. Həmçinin, iş yerinə ziyan vurmusunuzsa, bu, bir aylıq əməkhaqqının məbləğindən artıq deyilsə, maaşdan pul tutulması mümkündür”.

 

Vəkilin sözlərinə görə, digər hallardan biri də ezamiyyətlə əlaqəlidir: “Məsələn, iş yerindən verilmiş tapşırığın icrası üçün kənara getmisiniz, amma ezamiyyət pulundan qalmış məbləği də xərcləyirsiniz. Belə olan halda, qanunla əməkhaqqından tutulmaya icazə verilir. Lakin maaşın az və ya çox olmasından asılı olmayaraq, 50 faizindən artıq pul tutula bilməz. Aliment ödənişləri üçün isə 70 %-dək məbləğdə tutulmaya yol verilir”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Ancelina Coli 16 yaşlı qızı ilə eyni döymə etdirdi

Amerikalı aktrisa və rejissor Ancelina Coli və 16 yaşlı qızı Vivyen eyni döymələr ediblər. Döymə Ancelinanın ilk Broadway tamaşası olan “Les Miserabl...

Əfsanəvi “ABBA” ulduzu 79 yaşında üçüncü dəfə evləndi - FOTO

Əfsanəvi “ABBA” qrupunun ulduzu Byorn Ulvaeus sevgilisi Kristina Saş ilə Kopenhagendə evlənib. Öz təbirincə desək, qadın onun "üçüncü böyük sev...

Rəfiqəsi evində uşaq dünyaya gətirdiyi üçün anadan dəymiş ziyanın ödənilməsini tələb edir

Bir qadın gözlənilməz doğuş hekayəsi haqqında paylaşım edərək, başına gələn bu gülməli hadisədən danışıb. Sfera.az bildirir ki, vaxtından əvvəl doğuş keçir...

Bu məktublar kənd əhalisini qorxuya salıb: Kimin yazdığı bilinmir

Şərqi Yorkşirdə (Böyük Britaniya) gözdən uzaq və sakit Şiptontorp kəndinin sakinləri artıq iki ildir ki, narahatlıq və gərginlik içərisindədirlər. Bu, kəndin po...

Beyninə qan sızan da var, ölən də: Şapalaq yarışları getdikcə populyarlaşır

Slap (şapalaq) yarışı Avropada getdikcə populyarlaşır. “YouTube”da milyonlarla insanın izlədiyi bu yarışlar zamanı bəzi insanların beyin qanaması ol...

Son 10 gündə ikinci: İki məktəbli helikopteri yandırdı

Rusiyanın Omsk şəhərindəki aviabazada iki məktəbli Mi-8 helikopterini yandırıb. Sfera.az bildirir ki, kimsə bunun üçün yeniyetmələrə 20 min dollar ödəyəcəy...