““Binə” ticarət mərkəzində heç bir aksiya olmayıb”
Kateqoriya məlum deyil
Bu gün sosial şəbəkələrdə və bir sıra xəbər saytlarında “Binə” ticarət mərkəzində aksiya olması barədə video material yayılıb. “Qafqazinfo” məsələ ilə bağlı hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb. Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsindən “Qafqazinfo”ya bildirilib ki, gün ərzində ticarət mərkəzində heç bir askiya olmayıb. Sosial şəbəkələrdə yayılan videolar isə 2013-cü ildə baş verən hadisələr zamanı çəkilib. Hazırda ticarət mərkəzi öz fəaliyyətini normal formada davam etdirir. Qeyd edək ki, yayılan məlumatlada 21 dekabr devalvasiya qərarından sonra sahibkarların etiraz aksiyası keçirdiyi bildirilirdi.






