Buz bağlayan yollarla bağlı hansı tədbirlər görülür? - "Çox çətin məsələdir..." + FOTO

Buz bağlayan yollarla bağlı hansı tədbirlər görülür? - 

2 gün əvvəl yağan qar yolları iflic vəziyyətə qoyub.

 

Sfera.az xəbər verir ki, Bakının mərkəzindən kənarda yerləşən bütün qəsəbələrdə, ərtaf bölgələrdə, Sumqayıt və Xırdalanda yollar bərbad vəziyyətdədir. İnsanların bir çoxu bu vəziyyətdən narazıdır. Səkilər buz bağladığı üçün insanlar avtomobil yolları ilə getməyə çalışırlar. Bu da onların həyatını təhlükəyə atır. Sadalanan ərazilərdə hərəkətin təhlükəsizliyinin təmin olunması üçün heç bir tədbir görülməyib. Bu hal insanların gündəlik həyatında bir çox problemlərə yol açır.

 

Yollar buz bağladığına görə Sumqayıt avtobusları 30 dəqiqəlik intervalla fəaliyyət göstərir ki, bu da insanların işə gecikməsinə səbəb olur.

 

Bəs aidiyyəti qurumlar yolların təmizlənməsi ilə bağlı niyə tədbir görmürlər?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, bu, ümumilikdə Bakının problemidir. Onun sözlərinə görə, kanalizasiya sisteminin normal qurulmaması qeyri-sabit hava şəraitində öz fəsadlarını göstərir: “Burada birmənalı şəkildə infrastruktur dəyişməlidir. Bu da çox çətin məsələdir. Problemin həll yolu ilə bağlı aidiyyəti orqanlar konkret proqram hazırlamaldır”.

 

Xatırladaq ki, qarlı hava şəraiti ilə əlaqədar son 2 gündə 60 nəfər Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzə müraciət edib.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Ancelina Coli 16 yaşlı qızı ilə eyni döymə etdirdi

Amerikalı aktrisa və rejissor Ancelina Coli və 16 yaşlı qızı Vivyen eyni döymələr ediblər. Döymə Ancelinanın ilk Broadway tamaşası olan “Les Miserabl...

Əfsanəvi “ABBA” ulduzu 79 yaşında üçüncü dəfə evləndi - FOTO

Əfsanəvi “ABBA” qrupunun ulduzu Byorn Ulvaeus sevgilisi Kristina Saş ilə Kopenhagendə evlənib. Öz təbirincə desək, qadın onun "üçüncü böyük sev...

Rəfiqəsi evində uşaq dünyaya gətirdiyi üçün anadan dəymiş ziyanın ödənilməsini tələb edir

Bir qadın gözlənilməz doğuş hekayəsi haqqında paylaşım edərək, başına gələn bu gülməli hadisədən danışıb. Sfera.az bildirir ki, vaxtından əvvəl doğuş keçir...

Bu məktublar kənd əhalisini qorxuya salıb: Kimin yazdığı bilinmir

Şərqi Yorkşirdə (Böyük Britaniya) gözdən uzaq və sakit Şiptontorp kəndinin sakinləri artıq iki ildir ki, narahatlıq və gərginlik içərisindədirlər. Bu, kəndin po...

Beyninə qan sızan da var, ölən də: Şapalaq yarışları getdikcə populyarlaşır

Slap (şapalaq) yarışı Avropada getdikcə populyarlaşır. “YouTube”da milyonlarla insanın izlədiyi bu yarışlar zamanı bəzi insanların beyin qanaması ol...

Son 10 gündə ikinci: İki məktəbli helikopteri yandırdı

Rusiyanın Omsk şəhərindəki aviabazada iki məktəbli Mi-8 helikopterini yandırıb. Sfera.az bildirir ki, kimsə bunun üçün yeniyetmələrə 20 min dollar ödəyəcəy...