"Bu insanların xoşbəxtliyi sual altındadır" - Psixoloqdan AÇIQLAMA

Son zamanlar insanların sosial şəbəkə bağlılığı olduqca artıb. İnsanlar həyatlarının böyük bir qismini sosial şəbəkələrdə paylaşmaq ehtiyacı duyurlar. Lakin bəzi insanlar ümumiyyətə həyatları barədə heçnə paylaşmır və sosial şəbəkələrdən anonim istifadə edirlər.

 

Bəs, bu insanların psixoloji vəziyyətində hansı fərqlər var?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Gülnar Orucova bildirib ki, daima şəkil paylaşan insanlar həyatlarından zövq almırlar. “Şəkil paylaşımı sanki bir marafondur. Bu marafona influenserlər, evdar xanımlar qoşulub. Bu tip insanlar şəkil paylaşımı üçün həyat yaşayırlar. Həyatlarında etdiyi sosial fəaliyyətləri belə özlərinin zövqü üçün deyil, sosial şəbəkədəki dostlarının zövqünü oxşamaq üçündür. Hətta həddən artıq selfie paylaşan insanlarla da tez-tez rastlaşırıq. Bu selfitis xəstəliyidir. Ümumiyyətlə gün ərzində 2-dən çox şəkil paylaşmaq psixoloji xəstəliyin göstəricisidir”.

 

Psixoloq bildirb ki, aristokrat həyatın içində doğulanlar reklama ehtiyac duymurlar. “Amma həmin həyatı sonradan qazanan insanlar daim nələrisə göstərmək, təqdim etmək arzusunda olurlar. Bu problemin kökündə özgüvənsizlik dayanır. Sonradan görmüş insanlar daha çox paylaşım etməyə meyilli olurlar. İnsan özünü həmişə maddi baxımdan daha yüksək göstərməyə çalışır. Nəzər yetirsək görərik ki, maddi baxımdan zəngin insanlar həyatlarını gizli yaşayır. İnsanların həyatını gizli yaşaması daha məsləhətlidir".

 

Psixoloqun sözlərinə görə insanlar ailəsini, planlarını, maddi qazancını, gələcəkləri ilə bağlı planlarını gizli saxlamağı bacarmalıdır: “Bunu bacarmayan insanların xoşbəxtliyi sual altındadır”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR