Logo

Rayonlar "Aztelekom"a görə internetsiz qalıb

Rayonlar "Aztelekom"a görə internetsiz qalıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Azərbaycanın bir çox bölgəsində internetlə bağlı problemlər yaşanıb. Redaksiyamıza gələn məlumatlara görə, İmişli, Beyləqan, Göyçay, Ucar, Ağdaş, İsmayıllı rayonlarında "Aztelekom” MMC-nin xidmət göstərdiyi internet xəttləri demək olar işləməyib.

Sfera.az-a daxil olan məlumatda internet istifadəçiləri bildirirlər ki, səhərdən etibarən beynəlxalq şəbəkəyə giriş mümkünsüzdü. Arada bir neçə dəqiqəlik xətt bərpa olunsa da sonradan yoxa çıxır. İstifadəçilər bununla bağlı rayon poçt şöbələrinə şikayətlərini yönəldiblər. Oradan isə deyilib ki, problem "Aztelekom” MMC-dən qaynaqlanır.

"Aztelekom” MMC ilə əlaqə saxlamağa cəhd etsək də zənglərimizə cavab verən olmadı. Mövzunu diqqətdə saxlayacayıq

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR