DİN güclü qar səbəbindən bağlanan yolla bağlı AÇIQLAMA YAYDI

DİN güclü qar səbəbindən bağlanan yolla bağlı AÇIQLAMA YAYDI
Kateqoriya məlum deyil
T

Şamaxı-İsmayıllı avtomobil yollarında hava şəraiti ilə əlaqədar əraziyə polis əməkdaşları əlavə heyətlə xidmətə çıxarılıb.

 

DİN-in mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.

 

Avtomobillərdə olan şəxslərin vəziyyəti öyrənilməklə sürücü və sərnişinlərə köməklik göstərilir, vətəndaşların təhlükəsizliyi təmin olunur.

 

DYP ilə yanaşı, Şamaxı, İsmayıllı və Ağsu rayon polis şöbələrinin əməkdaşları ərazidə xidmətə cəlb edilib.

 

Tədbirlər davam edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR