2024-cü ilin tətil TRENDLƏRİ: İnsanlar necə istirahət edəcək? 

2024-cü ilin tətil TRENDLƏRİ: İnsanlar necə istirahət edəcək? 

2024-cü ilin tətil trendləri açıqlanıb.

 

Sfera.az bildirir ki, mütəxəssislər bu il insanların daha çox fiziki aktivliyə üstünlük verəcəyini proqnozlaşdırıb.

 

“OnePoll” adlı turizm şirkətinin keçirdiyi sorğuya əsasən, 2023-cü ildə istirahət edənlərin 91 faizi tətil zamanı bir sıra aktiv fəaliyyətlərdə iştirak edib.

 

Belə ki, ötən il insanların ən çox həzz aldığı fəaliyyətlər avarçəkmə, fitnes dərsləri, xizək sürmə, dağ velosipedi və.s olub.

 

“İnsanlar boş vaxtlarından təkcə zehni fəaliyyət üçün deyil, həm də fiziki cəhətdən sağlam qalmaq üçün istifadə edirlər”, deyə mütəxəssislər əlavə ediblər.

 

2024-cü ilin tətil trendləri isə bu cürdür:

 

İdman tətili - Bunun üçün insanlar adətən dəniz ölkələrinə üz tuturlar.

 

Aktiv tətil – Daim fəaliyyətdə olaraq dincələ bilən insanlar üçündür.

 

Bir nəfərlik tətil - Tək səyahət edənlərin seçimi.

 

Ailə səyahətləri – Yalnız olmağı sevməyən və ailə üzvləri ilə vaxt keçirməyə üstünlük verənlərin seçimi.

 

Rutin – Bu trendi seçənlər tətildən qayıdandan sonra yenidən növbəti il üçün planlar qururlar.

 

Günay


OXŞAR XƏBƏRLƏR