Azərbaycan Gürcüstana 16 ceyran bağışladı

Azərbaycan Gürcüstana 16 ceyran bağışladı
Kateqoriya məlum deyil
T

Azərbaycan Gürcüstana daha 16 ceyran - Tbilisinin son on ildə populyasiyasını bərpa etməklə məşğul olduğu antiloplar cinsindən olan nadir heyvanlar köçürüb.

 

Bu barədə Mühafizə olunan ərazilər üzrə Milli Agentlik məlumat yayıb.

 

Ceyranlar Azərbaycan-Gürcüstan sərhədi yaxınlığındakı Dedoplistskaro bələdiyyəsinin Samuxi qoruq ərazisinə buraxılıb.

 

Сeyranlar gürcü zooloqlarını xüsusi narahat edən mövzudur. Keçən əsrin 60-cı illərinə qədər bu heyvanların böyük populyasiyası Samuxi vadisində mövcud idi. Lakin urbanizasiya və brakonyerlik səbəbindən ceyranlar yoxa çıxmağa başladı.

 

2013-cü ildə populyasiyanın bərpası üzrə proqram başlanıldı. Həmin vaxt Azərbaycanın Şirvan Milli Parkından ölkəyə on ceyran gətirilmişdi. İndi Gürcüstanda onların sayı 300-dən çoxdur.

 

Heyvanlara nəzarət edilir və təhlükəsiz yaşayış mühitini təmin etmək üçün tədbirlər görülür. Layihə Ümumdünya Vəhşi Təbiət Fondu (WWF) tərəfindən dəstəklənir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR