Fazil Mustafaya sui-qəsdlə bağlı məhkəmə başladı

Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi məhkəmənin hazırlıq iclası keçirilib.
Sfera.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən şəxsin vəkilləri müvəkillərinin həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi və zərərçəkmiş şəxsin prosesə gətirilməsi ilə bağlı vəsatətlər qaldırıblar.
Hər iki vəsatət təmin olunmayıb.
Daha sonra Prokuror Orxan Kəngərli prosesin məhkəmə baxışına verilməsini təklif edib.
Müşavirədən qayıdan məhkəmə heyəti prosesin baxışa verilməsini açıqlayıb.
Məhkəmənin ilk baxış iclası yanvarın 22-nə təyin edilib.






