Xarici vətəndaşlarla bağlı QƏRAR: Kommersiya mübahisələri necə həll olunacaq? 

Xarici vətəndaşlarla bağlı QƏRAR: Kommersiya mübahisələri necə həll olunacaq? 

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” qərarı açıqlanıb.

 

Bu barədə Sfera.az-a Ali Məhkəmənin Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, xarici elementli (sahibkarlıq fəaliyyəti ilə məşğul olan xarici fiziki və hüquqi şəxslərin iştirak etdikləri) kommersiya mübahisələrinə kommersiya məhkəmələrində baxılarkən həm Azərbaycan Respublikası qanunvericiliyinin, həm də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin normalarının nəzərə alınması maddi və prosessual hüquqi məsələlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.

 

“Bu baxımdan, məhkəmələr tərəfindən xarici elementli kommersiya mübahisələrinin həlli zamanı qanunvericiliyin düzgün tətbiq edilməsi, habelə bu kateqoriya işlər üzrə hüquqi yanaşmanın sabitliyinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin 1-ci hissəsini, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79, 79-1 və 80-ci maddələrini rəhbər tutaraq qərara alıb”, deyə məlumatda bildirilib.

 

Həmin qərarla bu keçid vasitəsilə tanış ola bilərsiniz:

 

Günay


OXŞAR XƏBƏRLƏR