Logo

"Cənab nazir, kömək edin"

"Cənab nazir, kömək edin"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Cənab nazir, kömək edin"

Paytaxtın Qaraçuxur qəsəbəsində yerləşən "Binə” çörək zavodunun sürücüləri yol terroru ilə məşğuldur

Qəsəbənin bir qrup sakini Politika.Az-a şikayətində Bakı Şəhər Dövlət Yol Polis İdarəsinə (BŞDYPİ) müraciət edib.

Onların sözlərinə görə, BŞDYPİ təcili şəkildə bu zavodun sürücülərini durdurmalıdır. Çörək zavodunun xidməti maşınları 927 nömrə nişanı ilə hərəkət edir. Onlar Qaraçuxur ərazisində hər gün qəza riski yaradır.

Sürücülərin əksəriyyəti gənc şoferlərdir və onlar darısqal, yöndəmsiz, çala-çuxur yollarda hər gün sükanı yüksək sürətlə, təhlükəli idarə edirlər.

Sakinlər qeyd edirlər ki, yol polis əməkdaşları 1 saat reyd keçirməklə həmin sürücülərin yol hərəkətini necə kobud surətdə pozduğunu görə bilər.

Müraciətdə bildirilir ki, məktəbdən çıxan şagirdlər hər gün bu maşınların yol terrorunun təhlükəsi ilə üz-üzə qalır.

"Hörmətli Bakı dövlət yol polisindən xahişimiz budur ki, "Binə” çörək zavodu sürücülərinə qarşı tədbir görülsün. Onlara görə bir gün acı faciələr yaşayacağıq. Sürücülər nə darısqal yol görür, nə ehtiyatlı sürmək bilir.

Bizim uşaqlar bunların ucbatından gedib-gələ bilmir. Zavod rəhbərliyinin sürücü seçərkən hansı şərtlər irəli sürdüyü aydın deyil. Onsuz da bu zavodun çörəyinin keyfiyyəti yoxdur. Üstəgəl, sürücüləri də başımıza oyun açır”, - deyə şikayətdə qeyd olunur.

Qaraçuxur sakinləri həyəcan təbili çalır:"Cənab Ramil Usubov və Ramiz Zeynalovdan xahiş edirik ki, təcili addım atılsın. Reyd keçirməklə hər bir mənzərə aydın olacaq.

Onların zavodu məktəblərə yaxın ərazidə yerləşir. Hamısının nömrəsinin sonluğu 927-dir. Övladlarımızı qorumaq üçün sizə müraciət etməkdən savayı yolumuz qalmadı”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR