Azərbaycanda avtomobillərin dövlət nişanlarına “QR kod” yerləşdirilir? - AÇIQLAMA

Azərbaycanda avtomobillərin dövlət nişanlarına “QR kod” yerləşdirilir? - AÇIQLAMA

1 yanvar 2024-cü ildə qüvvəyə minən qanunla Türkiyədə avtomobillərin dövlət nişanlarına “QR kod” yerləşdiriləcək. Bu “QR kod” ilə avtomobilin seriya nömrəsindən tutmuş, harada və nə vaxt istehsal edildiyi ilə bağlı bütün məlumatları əldə edilə biləcək. Bu qanun saxta nömrələrin qarşısını almaq üçün nəzərdə tutulub.


Bəs bu cür qanunun ölkəmizdə də tətbiq olunmasına ehtiyac varmı?


Məsələ ilə bağlı Sfera.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, hazırda ölkəmizdə belə bir addıma ehtiyac yoxdur:


“Təbii ki, həm ərazisinin böyüklüyü, həm də terror məsələlərini nəzərə alsaq, Türkiyənin belə bir addım atması başadüşüləndir. Lakin hazırda Azərbaycan ərazisində belə bir sərt izləmə metodları və ya tədbirlər planına ehtiyac olduğunu düşünmürəm. Azərbaycan təhlükəsiz və stabil ölkədir. Yenə də texnologiyanın inkişafını tətbiq etmək xüsusi xidmət orqanlarına kömək ola bilər”. 

 

Firuzə Əliyeva


 


OXŞAR XƏBƏRLƏR