Vətəndaşlarımız bu ölkəyə vizanı sərhəddə alacaq

Vətəndaşlarımız bu ölkəyə vizanı sərhəddə alacaq
Kateqoriya məlum deyil
T

Azərbaycan vətəndaşları İraqa səyahət edərkən giriş vizalarını artıq bu ölkənin sərhəd-keçid məntəqələrində əldə edə biləcək.

 

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov "X" sosial şəbəkə hesabında paylaşım edib.

 

O bildirib ki, bununla bağlı İraq daxili işlər naziri müvafiq əmr imzalayıb.

 

"Bununla əlaqədar başda İraq Respublikasının Baş naziri olmaqla, bu ölkənin Daxili İşlər və Xarici İşlər nazirliklərinə təşəkkürümüzü bildiririk", - səfir yazıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR