3 körpəsi olan gənc qadına kömək lazımdır

29 yaşlı, 3 körpə övladı olan Cabarova Həyat Novruz qızının hər birimizin köməyinə ehtiyacı var.
Sfera.az bildirir ki, Cabarova Həyata 2010-cu ildən MİASTENİYA diaqnozu qoyulub. 23 sentyabr 2023 də miastenik kriz keçirib və komaya düşüb. Şəki xəstəxanasında, koma vəziyyətində xususi briqada ilə öz həkimi Rəna Şirəliyevanın çalışdığı Respublika Diaqnostik Mərkəzinə (RDM) yerləşdirilib. Gənc ananın vəziyyəti bir az yaxşılaşsa da, 4 yanvar 2024-cü il tarixində yenidən vəziyyəti ağırlaşıb. Dövlət xəstəxanasından boş yer qalmadığı və xəstənin vəziyyətinin həddindən artıq kritik olduğunu əsas gətirilib. Buna görə də xəstə yenidən RDM-ə yerləşdirilib. Müalicə üçün 30000-ə yaxın xərc çəkilsə də, artıq ailənin xərcləri qarşılamağa maddi gücləri çatmır. Hal-hazırkı vəziyyətdə 1azn belə gənc xanıma yaşamaq üçün ümiddir. Yardımımızı əsirgəməyək. Həyat yenidən həyata dönsün, 3 körpə anasız qalmasın.
Kart: Kapital
4169 7388 6900 2067






