Bakının əhalisi sürətlə artan rayonları hansılardır? - ADLAR 

Bakının əhalisi sürətlə artan rayonları hansılardır? - ADLAR 

Bakı şəhərinin Baş Planına əsasən paytaxt əhalisinin sayı 2,6 milyon nəfərdən çoxdur. 


Sfera.az plan sənədinə istinadən xəbər verir ki, 2019-cu ilin sonunda Bakıda 2,626 milyon nəfər daimi qeydiyyatda olub.


Plan sənədindən aydın olur ki, 10 il ərzində Bakı əhalisinin sayı 31 faiz və ya təxminən 600 min nəfər artıb. 


Bakının əhali sayına görə, ən böyük rayonu Sabunçudur. Plan sənədinə görə, 2019-cu ildə burada 352 min insan daimi qeydiyyatda olub. Həmin tarixdə Binəqədi rayonunda 321, Xətai rayonunda 318 min, Yasamal rayonunda 273 min, Suraxanı rayonunda 246 min insan yaşayıb. 


On il ərzində əhali sayında ən böyük artım Sabunçuda qeydə alınıb. Burada əhali sayı təxminən 62 faiz artıb. Əhalinin sayı Binəqədidə 37 faiz, Xətaidə 33 faiz artıb.
Bakıda əhali sıxlığı ən yüksək olan rayonlar isə Nəsimi (bir hektara 239 nəfər), Yasamal (171 nəfər), Nizami (107 nəfər), Xətaidir (102 nəfər). Paytaxtda əhalinin ən seyrək məskunlaşdığı rayon isə Qaradağ və Pirallahıdır. Qaradağda bir hektara 1,3 nəfər, Pirallahıda 3 nəfər düşür.


Vasif
 
 


OXŞAR XƏBƏRLƏR

Məşhur ssenarist vəfat etdi – Nazir AÇIQLADI + FOTO

Türk filmlərinin önəmli adlarından olan 67 yaşlı Tomris Giritlioğlu dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm nazi...

Məktəblərimizdə jest dilləri tədris oluna bilərmi? - AÇIQLAMA

Bu gün Beynəlxalq Jest Dilləri Günüdür. Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 2017-ci ilin dekabrında təsis etdiyi bu tarix görmə, eşitmə və danışma...

Bu nəqliyyatda gedişhaqqı ARTDI - MƏBLƏĞ

Sabahdan "Azərbaycan Dəmir Yolları" QSC (ADY) loyallıq proqramının tətbiqinə başlayır.   Sfera.az report-a istinadən xəbər verir ki, bunu j...

Bu ərazilərlə bağlı sarı xəbərdarlıq edildi - DİQQƏT!

Sentyabrın 24-ü gündüzdən 25-i axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq ver...

Bu ölkədə YENİ TREND - Boşananda da fotosessiya etdirirlər

 Çində cütlüklər həm evlənəndə, həm də boşananda foto çəkdirirlər.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, ölkədə boşanma mərasi...

"WhatsApp" işlədənlərin NƏZƏRİNƏ - Oktyabrın 1-dən...

"WhatsApp " oktyabrın 1-dən bəzi köhnə telefon modellərini dəstəkləməyəcək.   Sfera.az bu barədə Türkiyə mediasına istinadən...