Penitensiar Xidmətin sabiq əməkdaşı metroda qəfildən öldü - FOTO

Penitensiar Xidmətin sabiq əməkdaşı metroda qəfildən öldü - FOTO
Kateqoriya məlum deyil
T

Bakı metrosunda ölüm hadisəsi baş verib.

 

Sfera.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl axşam saatlarında metronun İnşaatçılar stansiyasında qeydə alınıb.

 

Belə ki, sərnişin 1957-ci il təvəllüdlü Həqiqət Rabil oğlu Quliyevin stansiyada olarkən qəfildən halı pisləşib.

 

Təcili yardım gələnə qədər onun artıq dünyasını dəyişdiyi məlum olub.

 

"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov faktı təsdiq edib.

 

Qeyd edək ki, H.Quliyev uzun illər Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı cəzaçəkmə müəssisəsində ("Xələc türməsi") zabit kimi işləyib. O, təqaüdə çıxdıqdan sonra isə bir müddət Salyan şəhərindəki "Kür" hotelinin direktoru vəzifəsində çalışıb. (İqtisadiyyat.az)

Gallery image 1
Thumbnail 1
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR