Aygün Bəylərin bacısından mediaya QADAĞA: "Bacım həmişə özünü..."

Kateqoriya məlum deyil
T
"Cənazə Suraxanıya, mənim evimə gətiriləcək. Amma çəkiliş üçün mediaya icazə verilməyəcək.
Bacım həmişə özünü hörmətli aparıb, istərdim ki, dəfni də elə olsun".
Sfera.az bizim.media-ya istinadən xəbər verir ki, bunu vəfat etmiş müğənni, Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümmətova sosial şəbəkədə yazıb.
O, başsağlığı üçün qapılarının hamının üzünə açıq olduğunu qeyd edib.






